2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Arif Quliyev süni nəfəs aparatına qoşulub

71-yaşlı aktyor Arif Quliyev xəstəxanada koronavirusdan müalicə alır.

O, altı gün əvvəl “Yeni Klinika” tibb müəssisəsində süni nəfəs aparatına qoşulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bu məlumatı “Turan”a İcbarı Tibbi Sığorta Agentliyindən veriblər.

A.Quliyev Azərbaycanda komediya janrının aktyorlarından sayılır. O, bir çox film və tamaşalarda rol alıb.

Dünən, aprelin 26-da isə müğənni Baloğlan Əşrəfov vəfat edib. Onun da koronavirus xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. Müğənninin 70 yaşı vardı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 313 min 812 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 4 min 402 nəfərin vəfat etdiyi bildirilir.

24 saat” “Arif Quliyev süni nəfəs aparatına qoşulub” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button