2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Arif Rəhimzadə Heydər Əliyevi təkzib etdi

Komitə sədri azərbaycanlıların türk olmadığını bildirərək “bir millət iki dövlət” deyiminə qarşı çıxdı

Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə Rusiyanın xəbər portalı KM.ru-ya müsahibə verib. Arif Rəhimzadə müshibəsində ciddi narazılığa səbəb olan fikirlər səsləndirib. Komitə sədri iddia edib ki, azərbaycanlıların türk adlandırılması doğru deyil.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, ancaq xalqlarımız tamam ayrıdır”, – deyə o bildirib.

Arif Rəhimzadə daha sonra əlavə edib ki, azərbaycanlılar dini kimlik kimi istifadə edərək özlərini müsəlman adlandırıb: ”Rusiyada isə həmin əhalini “tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti “türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı”.

Arif Rəhimzadənin bu fikirləri sosial şəbəkərlərdə ciddi narazılığa səbəb olub. Güman etmək olar ki, bu qalmaqal daha da böyüyəcək. Çünki komitə sədri faktiki olaraq mərhum prezident Heydər Əliyevin Azərbaycan və Türkiyə haqqında dediyi “Bir millət iki dövlət” fikrinin üstündən xətt çəkmiş olub.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button