2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Armen Qriqoryan: “ Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gözləntimizi azaltmalıyıq”

Yayımlandı: 16 Sentyabr 2022 23:09

Baş katib KTMT-nin mövqeyindən məmnun olmadığını deyib

“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) ümidi qalmayıb”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının Baş katibi Armen Qriqoryan deyib.

O, Ermənistanın KTMT-dən çox böyük dəstək gözlədiyini deyib:

“Amma biz bunu görmədik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hələ də heç bir addım atmayıb, hələ də Azərbaycan ordusu bizim ərazidədir. Belə olan halda biz gözləntilərimizi azaltmalıyıq”.

Baş katib KTMT-nin mövqeyindən məmnun olmadığını əlavə edib:

“Biz Qazaxıstanda ümidli idik ki, ola bilsin nəhayət, bu president yaradacaq, amma bu olmadı. Buna görə Ermənistan təhlükəsizliyi üçün KTMT-yə olan ümidləri azalmaqdadır”.

Sentyabrın 15-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəhbəri Anatoli Sidorov Ermənistana sülhməramlı qüvvələr göndərməyi planlaşdırılmadığını bildirib.

O, təşkilatın Ermənistan və Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə ümid etdiyini vurğulayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button