2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Artilleriya komandanının açıqlaması hərbi sirrin ifşası sayıla bilərmi?

Azad İsazadə: “Yəqin ki, bunun arxasında müəyyən səbəb və məqsədlər var”

Azərbaycan ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov mediaya açıqlamasında aprel döyüşləri ilə bağlı maraqlı məqamlara toxunub. Z.Hüseynov Azərbaycan ordusunun döyüş meydanına tətbiq etdiyi yeni texnikalar haqqında bəzi məlumatlar açıqlayıb:
“Bu gün istifadəmizdə düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrləri əsasında onun atəş nöqtəsinin yerini təyin edən sistemlər mövcuddur. Biz döyüşlərdə həmin sistemlərin praktiki tətbiqini həyata keçirdik. Həmin sistemin sayəsində düşmənin artilleriya batareyalarının mövqeləri aşkarlanaraq maksimum 3 dəqiqə ərzində susduruldu. Beləliklə bu komplekslərin bizə böyük köməyi oldu. Həmin sistemlər həm qaubitsaların, həm də minaatanların yerini aşkarlamağa imkan verir. Bu sistemlərin tətbiqi eyni zamanda mərmi sərfini azaltdı”.
Maraqlıdır, artilleriya komandanının atılan mərmiyə əsasən düşmən artilleriyasının yerini müəyyənlədirən sistemlərin ölkəmizdəki mövcudluğu ilə bağlı söylədikləri, hərbi sirrin ifşası kimi dəyərləndirilə bilərmi? Bu açıqlamadan sonra düşmən tərəfi öz artilleriyasını daha etibarlı şəkildə gizlətməyə, yaxud bu sistemə qarşı əks-sistemin tətbiqinə çalışmayacaqmı?
Bununla bağlı 24saat.org-a açıqlama verən hərbi ekspert Azad İsazadə belə bir informasiyanın məqsədli şəkildə açıqlandığını, bunun arxasında bəlli səbəblərin dayandığına inandığını vurğuladı:
“Xatırladım ki, buna oxşar bir erməni polkovnik-leytenantı də məlumat yaydı. O bildirdi ki, onlarda lazer silahı mövcuddur, hansı ki, bununla snayperlərin nişangahını, habelə snayperlərin görmə qabiliyyətini sıradan çıxartmaq mümkündür. Bəzən doğruya oxşayan informasiyanın arxasında dezinformasiya dayanır. Yəni bunlar düzinformasiya da ola bilər.
Bundan əvvəl belə bir məlumat var idi ki, erməni artilleriyasının yeri dronlar vasitəsi ilə müəyyənləşirilərək məhv edilib. İndi isə yüksək rütbəli bir hərbçi qeyd etdiyiniz bu məlumatı yayırsa, deməli buna hansısa səbəb var idi.
Müdafiə Nazirliyində hərbi senzor mövcuddur. Hər bir məlumat bu senzuradan keçir. Yəqin ki, belə bir informasiyanın verilməsi təsadüfi deyil. Düşünülmüş formada verilən bu məlumat sirr açma kimi də qəbul edilə bilər. Amma əgər rəsmi bir şəxs bu informasiyanı açıqlayırsa, deməli burada bir məqsəd var. Çünki hərbçilər adətən məlumat verməyi xoşlamırlar. Artilleriya komandanı belə bir məlumatla çıxış edibsə, deməli bunun arxasında hansısa səbəb və məqsəd var”.

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button