Now Reading:
“Artıq Ermənistanla ikili formatda danışmağın əhəmiyyəti yoxdur” -Açıqlama

“Artıq Ermənistanla ikili formatda danışmağın əhəmiyyəti yoxdur” -Açıqlama

“Artıq Ermənistan tərəfinin hərəkətləri birmənalı şəkildə onlarla ikili formatda danışmağın əhəmiyyətsiz olduğunu göstərir”.

Bunu açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Fərəc Quliyev deyib.
Onun sözlərinə görə, artıq münaqişənin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinə də ehtiyac qalmayıb: “Sadəcə onlara 3 ay müddət vermək lazımdır ki, bu vaxt ərzində BMT tərəfindən qəbul olunan 4 qətnaməyə əməl etsinlər. Əgər bu müddətdə həmsədr ölkələr heç bir nəticə əldə edə bilməsələr və düşmən işğal olunmuş ərazilərimizi tərk etməsə, o zaman Azərbaycan özünün haqqı olan öz Konstitusiyası və beynəlxalq Konvensiyalara uyğun olaraq tədbirlər görmək məcburiyyətində qalacaq. Azərbaycan kifayət qədər imkan yaratdı ki, beynəlxalq təşkilatlar, o cümlədən həmsədr ölkələr Ermənistanın ölkəmizin işğal olunmuş ərazilərindın çıxmasını təmin etsinlər. Aprel döyüşlərində Azərbaycan öz gücünə məsələni həll etmək iqtidarında idi. Amma bizə edilən təkid və xahişlərdən sonra savaşı dayandırdıq və bildirdik ki, əgər dinc yolla həll edə bilirsinizsə, həll edin. Lakin bu müddət ərzində beynəlxalq təşkilatlar, eləcə də həmsədr ölkələr nəinki Ermənistanı oradan çıxarmadılar, əksinə ortaq ordu yaratdılar, silahlandırıb balans yaratmağa başladılar. Ona görə də düşünürəm ki, Ermənistanın bundan sonrakı mesajları daha da artacaq və status-kvo yenə də qorunub saxlanacaq. Bu mənada Azərbaycan cəmiyyəti toparlanmalı, ölkəmizin və dövlət başçısının ətrafında toplanmalı ümumi iradə ilə məsələni hərbi yolla həll etməlidir. Bunun başqa yolu yoxdur”.
Input your search keywords and press Enter.