2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Artıq ölkədə iki eşşək arasında bölməyə arpa qalmayıb”

Sərdar Cəlaloğlu: “Ölkənin sərvəti nazirlər, icra başçıları tərəfindən talanıb” ADP sədri Sərdar Cəlaloğlu 24saat.org-a açıqlamasında Azərbaycandakı ağır iqtisadi-sosial vəziyyətlə bağlı maraqlı fikirlər səsləndirib.
Ölkənin sərvətinin iri məmurlar tərəfindən talandığına diqqət çəkən partiya sədri, proseslərin fəlakətli həddə doğru yön aldığını bildirib: “Bildiyiniz kimi, bir müddət bundan öncə ölkə rəhbərliyi səviyyəsində belə bir fikir səsləndi ki, iki eşşəyin arpasını bölə bilməyənlər bizə dərs öyrətmək istəyir. Mən təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu gün Azərbaycanda elə bir vəziyyət yaranıb ki, iki eşşəyin arpasını bölmək mümkünsüzdür. Çünki ortada bölünəcək heç nə qalmayıb. Xalqın bütün sərvətini komitə rəhbərləri, nazirlər, icra başçıları yeyib. Gərək ortada arpa ola ki, böləsən. Azərbaycanda isə arpa yoxdur. Bu səbəbədən də heç kəs iki eşşəyin arpasını bölə bilməz. Bu ölkədə eşşəyə veriləcək arpa yoxdur. Yoxsa bölmək çox asandır. Türkiyənin məşhur şairlərindən biri Türkiyənin ağır iqtisadi dönəmində gözəl bir şeir yazmışdı. Şeirdə vurğulanırdı ki, Türkiyədə o qədər yoxsulluqdur ki, yox olana “yox” deməyə yox sözü yoxdur. Yəni söz də qurtarıb. Azərbaycan da bu gün ona doğru gedir”.
Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button