2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Artıq qiymət artımı orta təbəqəni vurur! Yazıq kasıb…

Milli Məclisdə 2022-ci il üzrə büdcəyə yenidən baxılması ilə bağlı fikirlər səsləndirilir. 2022-ci ilin büdcə gəlirləri 26.816 milyard, xərcləri isə 29.879 milyard manat proqnozlaşdırılıb. Sənəddə Azərbaycan neftinin 1 barelinin qiyməti 50 ABŞ dolları nəzərdə tutulub. Hazırda Azərbaycan neftinin bir bareli 125 dollardan yüksəkdir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, büdcənin gəlirləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2.4 milyard manat və ya 30 faizə yaxın artıq olub. Yanvar-aprel aylarında büdcənin xərcləri isə 8 milyard 169 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən təqribən 640 milyon manat və ya 8.55 faiz artıqdır. Nəticədə yanvar-aprel aylarında dövlət büdcəsinin profisiti 2 milyard 519 milyon manat təşkil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli də “Turan”a xatırladıb ki, hazırda Azərbaycan neftinin qiyməti 120 dolların üstündədir. Onun sözlərinə görə, postpandemiya dövründə iqtisadi fəallığın artması nəticəsində qeyri-neft sektorundan da gələn vəsaitlər artıb: “İqtisadi fəallıqla yanaşı, həm də kölgə iqtisadiyyatının daralması nəticəsində həm keçən il kifayət qədər büdcəyə əlavə vəsait toplanılmışdı, həm də bu ilin büdcəsində profisit özünü göstərir”.

Komitə üzvünün fikrincə, Azərbaycanda qiymətlərin artması rəsmi proqnozlardan kifayət qədər yüksəkdir: “Qiymət artımı ilə paralel sürətdə sosial proseslərin tənzimlənməsi məqsədilə atılan addımlarda əməkhaqqının, pensiyanın, müavinətlərin artırılması həyata keçirildi. Amma bu artımlar yetərincə qiymət artımını örtə bilmədi. Qiymət artımı əməkhaqqı, pensiya artımından qat-qat yüksəkdir”.

O qeyd edib ki, bu, əvvəllər aztəminatlı vətəndaşların, indi isə artıq orta təbəqənin həyat səviyyəsinin aşağı düşməsinə təsir göstərir: “Əhalinin güzəranının pisləşməsinin qarşısını almaq üçün əməkhaqqı, pensiya və digər ödənişlərin yenə də artırılması və əlavə vəsaitin o məqsədə yönləndirilməsi vacibdir”.

O qeyd edib ki, bu, əvvəllər aztəminatlı vətəndaşların, indi isə artıq orta təbəqənin həyat səviyyəsinin aşağı düşməsinə təsir göstərir: “Əhalinin güzəranının pisləşməsinin qarşısını almaq üçün əməkhaqqı, pensiya və digər ödənişlərin yenə də artırılması və əlavə vəsaitin o məqsədə yönləndirilməsi vacibdir”.

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, çox güman, yaxın günlərdə dövlət büdcəsinə yenidən baxılacaq: “Parlament sessiyasını iyula qədər uzadıblar. Ona görə də, çox güman ki, büdcəyə əlavə və dəyişikliklər olunacaq, həm gəlir, həm də xərc hissəsi artırılacaq”.

O qeyd edib ki, artırılan vəsaitin nəzərəçarpacaq dərəcədə olacağı gözlənilir: “Həm gəlir, həm də xərc hissələrində 2.5 milyard civarında artım gözlənilir”.

Amma onun fikrincə, bu vəsaitin böyük bir hissəsi işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiriləcək: “Çünki prezidentin son çıxışlarında bunun anonsu da olmuşdu. Ən azı 400-500 milyona yaxın vəsait artırıla bilər. Bu il bərpaya 2.2 milyard vəsait nəzərdə tutulmuşdu”.

N.Cəfərlinin sözlərinə görə, vəsaitin bir hissəsi isə, çox güman ki, sosial məsələlərə yönələcək: “Çünki bu olmasa, cəmiyyət tərəfindən kifayət qədər yaxşı qarşılanmaz. Amma nəzərəçarpacaq və əhalinin güzəranına təsir edə biləcək səviyyədə hansısa addımların olması o qədər də inandırıcı gəlmir”. (Azadlıq Radiosu)

“24 saat “Artıq qiymət artımı artıq orta təbəqəni vurur! Yazıq kasıb…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button