2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Artıq Van Qoqun “Yataq otağı”nda yatmaq mümkün

Məşhur holland rəssamı Vinsent Van Qoqun doğulduğu Şimali Brabant əyalətinin Boxmeer qəsəbəsindəki bir otel tərəfindən “Yataq otağı” tablosuna tam uyğun şəkildə otel otağı hazırlanıb.

Artıq rəssamın həmin sarı otağında qalmaq mümkün olacaq. Otaq məşhur rəssamın “Otel otağı” tablosuna uyğun olaraq tarixçi Peer Meurkensin köməyi ilə hazırlanıb. Mavi divarlar, taxta döşəmə, divardakı tablolar və əlbəttə, bir metr eni və 180 santimetr uzunluğu olan sarı yataq unudulmayıb. Tablodakı sürahi və pəncərə çərçivələri kimi detallar da nəzərə alınmaqla, otaqda lüks vanna və televiziya taxta şkafın arxasında “gizlədilib.” Van Qoqun tablosunu yaxşı bilənlər otaqdakı qızdırıcı borusunu və televiziya dolabını irad tutsalar da, otağın ilk qonağı olan “Brabant” televiziyasının müxbiri Milad van Hoofta görə hər şey çox real alınıb. Hollandiyalı jurnalist “həqiqətən, özümü tablonun içinə girmiş kimi hiss etdim, o üzdən əşyalara toxunmağa belə qıymadım” deyib. Van Qoqun “Yataq odası” tablosunun üç versiyası var. Tabloların üçü də ilk dəfə 2016-cı ildə ABŞ-dakı Çikaqo İncəsənət İnstitutunda birlikdə sərgilənib.

Saytların yığılması Saytlarin yigilmasi

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button