Loading...
Loading...
Cəmiyyət

Arye Qut vəfat edib – 24 saat

İsrailli ictimai xadim, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin direktoru, “İsraildə Azərbaycan Evi” qeyri-hökumət təşkilatının icraçı direktoru Arye Qut vəfat edib.

Bu barədə onun yaxınları məlumat veriblər.

O, uzun sürən xəstəlikdən sonra İsraildə dünyasını dəyişib.

Qeyd edək ki, Arye Qut 1975-ci Bakıda anadan olub. 2000-ci ildən İsraildə yaşayıb.

A.Qut həm İsrail, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edirdi.

O, Türkiyə-İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığa, Cənubi Qafqazda geosiyasi vəziyyətlə bağlı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 700-dən artıq analitik məqalələrin müəllifidir.

A.Qut “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri olub.

24 saat” “Arye Qut vəfat edib – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Əli Əliyevə qarşı yeni cinayət işi açılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button