Loading...
Loading...
SEÇMƏ

AŞ Nazirlər Komitəsi qərarların icra durumu ilə bağlı qətnamə qəbul etdi

Müzakirə edilən qərarlar içində Xədicə İsmaylova ilə Anar Məmmədli qrupları da var

Azərbaycan hökuməti Xədicə İsmayılovanın məruz qaldığı cinayətlərin istintaqını yeniləməli, cinayətkarların məsuliyyətə cəlbi üçün bütün addımları atmalıdır”.

Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) araşdırmaçı jurnalist Xədicə İsmayılova ilə bağlı qətnaməsində belə deyilir.

İyunun 10-da AŞ NK Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarının icra durumunun müzakirə olunan 1436-cı görüşünü yekunlaşdırıb.

Müzakirə edilən qərarların icra durumu ilə bağlı qətnamələrini elan edib.

3 gün davam edən görüşdə Azərbaycan, Belçika, Bosniya və Herseqovina, Bolqarıstan, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Litva, Moldova, Hollandiya, Polşa, Rumıniya, Rusiya Federasiyası, Slovakiya və Türkiyə ilə bağlı qərarların icra durumu müzakirə olunub.

Xədicə İsmayılovaAnar Məmmədli qruplarına daxil olan qərarların icra durumu da toplantının gündəliyinə daxil idi.

Xədicə İsmayılova Qrupu çərçivəsində AİHM-in jurnalistin şikayətləri üzrə qəbul etdiyi 2 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar ərizəçinin jurnalist kimi fəaliyyəti ilə əlaqədar şəxsi toxunulmazlıq və ifadə azadlığı hüquqlarının pozuntusu (şəxsi görüntülərin yayılması) ilə bağlıdır.

Məmmədli işi qrupunda AİHM-in Azərbaycanla bağlı qəbul etdiyi 6 qərarın icrasına nəzarət edilir. Həmin qərarlar Anar Məmmədli, Əzizov və Novruzlu, İ.Əliyev, İbrahimov və Məmmədov, X.İsmayılova (2), Arif və Leyla Yunuslarla bağlıdır.

Bu qərarlar ərizəçilərin aktiv siyasisosial iştirakçılıqlarına, hökuməti tənqidə, insan hüquqları və seçkiləri izləmə sahəsində fəaliyyətlərinə görə Konvensiyanın 18-ci maddəsinə zidd olaraq məhkəməyə qədər həbs edilmələri və azadlıqdan məhrum olunmaları ilə bağlıdır.

AŞ NK bu qrup işi ilə bağlı da qətnamə qəbul edib. Sənəddə vurğulanır ki, bu qrupa daxil olan işlərdəki bütün ərizəçilərin məhkumluqları ləğv edilməli, ərizəçilərə cinayət işi açılmasının bütün mənfi nəticələri aradan qaldırılmalıdır.

AŞ NK qrup işini 9 sentyabrda yenidən müzakirə edəcək.

Meydan TV

Gözdən qaçırmayın:  Rusiyanın iqtisadi tənəzzülü: 15 illik qazanc silinə bilər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button