2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Asif Əsgərov İmperatordur, yoxsa İcra başçısı?

Ölkə başçısın etimadından sui-istifadə edən icra başçılarından biri də Asif Əsgərovdur
Bolgexeber.com xəbər verir ki, dəfələrlə edilən xəbərdarlıqları qulaqardına vuran A.Əsgərov Səbail rayonunun icra başçısı olduğu dövrdə yol verdiyi qanunsuzluqları Nəsimi rayonunda icra başçısı olduqdan sonra da davam etdirir.
Əvvəlcə A.Əsgərovun Səbail rayonuna rəhbərlik etdiyi dövrdə(2009-2015) hansı saxtakarlıqlar törətdiyi haqda təsəvvür sahibi olmaq üçün Hesablama Palatasının həmin dövrdəki hesabatına nəzər salaq:
“Mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib.
Əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib. Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb.”
Tutduğu əməllərlə daha çox imperatoru xatırladan Asif Əsgərovun bu ilin may ayında Qaz-Zaqatala yolunda dəbdəbəli villa inşa etdirdiyi məlumatı da yayılmışdı. Mənbənin sözlərinə görə, qiyməti təxminən 2-2,5 milyon manat olan villa şah saraylarını xatırladır. Olduqca dəbdəbəli görünüşə sahib imarət üçün tikinti materialları ölkə xaricindən gətirilib.

Qeyd edim ki, Asif Əsgərov 2006-2009-cu illərdə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı işləyib. Bu müddətdə özü üçün böyük var-dövlət toplayan icra başçısının Zaqatalada bir çox obyektləri və dəbdəbəli evi var. Onun həmçinin paytaxtın və ölkənin bəzi yerlərində çox sayda evi, bir neçə villasının olması barədə məlumatlar var. Böyük biznes şəbəkəsinə sahib olan Asif Əsgərovun Bakıda dəyəri milyonlarla manat olan obyektləri fəaliyyət göstərir.
Bundan əlavə, Asif Əsgərovun xidməti maşınının cərimə məbləğinin 1400 manatdan çox olduğu barədə də məlumatlara rast gəldim. Belə ki, qeydə alınan qanun pozuntularının əsasını sürət həddinin aşılması, qarşı yola çıxmaq və svetoforun qadağanedici siqnalının tələbini pozmaq təşkil edir.
Araşdırmam davam edir…
Yazılanlarla bağlı qarşı tərəfin fikirlərini dinləməyə hazırıq.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button