2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Aşkarlanan gündəlik yoluxma kəskin düşüb


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 635 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 503 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı noyabrın 9-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 66 046 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 49 411 nəfər müalicə olunaraq sağalıb, 852 nəfər vəfat edib, aktiv xəstə sayı 15 783 nəfərdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Qərargahdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6355, ötən müddət ərzində isə ümumilikdə 1 milyon 447 min 585 test aparılıb.

Dünən, noyabrın 8-də gündəlik aşkarlanan yoluxmanın 1663 olduğu açıqlanmışdı. Amma həmin gün ölkədə 11 min 722 test aparıldığı qeyd edilmişdi.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 200 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button