2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Aşkarlanan sənədsiz uşaqlar minə yaxındır…

2021-ci ildə qeydiyyat şöbələrinin və icra nümayəndəliklərinin birgə fəaliyyəti nəticəsində əvvəlki illərdə doğulmuş, lakin müvafiq sənədləri olmayan 972 uşaq aşkarlanıb. Bu, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik məlumatında əksini tapıb.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Ailə Məcəlləsinə uyğun olaraq ölkədə doğumun dövlət qeydiyyatı məcburidir. Qanunvericilik baxımından ölkədə uşaqların hüquqları qorunur. Üstəlik, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Konvensiyasına qoşulub.

Bəs uşaqlar niyə sənədsiz qalır? Bunun nə kimi fəsadları ola bilər?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Turan”a bildirilib ki, respublikada küçə həyatı yaşayan, baxımsız uşaqlar aşkar edilir: “Aşkar olunmuş uşaqların valideynləri inzibati məsuliyyətə cəlb edilir, ailələrlə profilaktik maarifləndirmə söhbətləri aparılır. Ailənin sosial vəziyyəti çox aşağı olarsa, valideyn tərəfindən uşaq istismar edilərsə, onlar müvafiq müəssisələrə yerləşdirilirlər. Lakin əksər hallarda dövlət müəssisələri küçə həyatı yaşayan uşaqları müxtəlif səbəblər əsas gətirərək qəbul etməkdən yayınırlar”.

Vurğulandığına görə, bəzi ailələrin məsuliyyətsizliyi, eləcə də evdə doğuş halları bəzən uşaqların sənəd ala bilməməsinə gətirib çıxardır: “Bəzi uşaqlar 10 yaşından sonra sənəd ala bilir. Nəticədə təhsil müəssisəsi uşağın yaşının çox olmasını əsas gətirərək onu məktəbə qəbul etmir. Həmin nüanslar yuxarıda sadalanan amillərlə yanaşı, valideynlərin təhsil səviyyəsinin, dünyagörüşünün aşağı olması səbəbindən də baş verir”.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin rəhbəri Kəmalə Ağazadə isə AzadlıqRadiosuna bildirib ki, sənədi olmayan uşaq potensial insan alveri qurbanına çevrilə bilər: “Çünki sənədləri yoxdur”.

Hüquq müdafiəçisi qeyd edib ki, sənədləri olmayanların bəziləri qeyri-rəsmi münasibətlərdən dünyaya gələn uşaqlardır. Onun vurğulamasına görə, onların arasında şəxsiyyət vəsiqəsi olmayan valideynlərin uşaqları da var.

K.Ağazadənin sözlərinə görə, açıqlanan bu rəqəm sənədlərin yoluna qoyulduğu statistik rəqəmdir: “Amma real rəqəm, əlbəttə ki, daha çoxdur”.

24 saat” “
Aşkarlanan sənədsiz uşaqlar minə yaxındır…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button