Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
4 212 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1 760 nəfər müalicə olunaraq sağalıb.
Bu məlumatı noyabrın 28-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 32 nəfər də vəfat edib:
“Azərbaycanda indiyədək ümumilikdə 114 025 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 71 691 nəfər müalicə olunaraq sağalıb, 1 323 nəfər vəfat edib, aktiv xəstə sayı 41 011 nəfərdir ”
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 18 420, hazırkı dövrədək isə 1 700 654 test aparılıb.
Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.
Azərbaycanda bu virusa ilk yoluxma halının fevralın 28-də aşkarlandığı açıqlanıb. İndiyə qədər ölkədə bu virusa aşkarlanan gündəlik yoluxmanın heç vaxt 4 minə çatdığı bildirilməmişdi.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 400 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.
24saat.org
Mənbə – azadliq.org
Müzakirə mövzusu - post