AZ24SAAT.ORG

Now Reading:
Aslan İsmayılova hökm oxundu

Səbail Rayon Məhkəməsində Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Vəkillər Kollegiyasının keçmiş üzvü Aslan İsmayılova qarşı xüsusi ittiham qaydasında şikayətinə baxılıb.

H.Hacıyev A.İsmayılovun onu təhqir etdiyini, böhtan böhtan addığını idia edərək, Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148-ci (təhqir) maddələriylə təqsirli bilinib, 3 il azadlıqdan məhrum edilməsini, üzr istəməsini və ona dəymiş mənəvi ziyana görə 100 min manat təzminat ödəməsini tələb edirdi.

İyulun 4-də keçirilən prosesdə sədrlik edən hakim Azər bəzi dəqiqləşmələrə ehtiyac olduğunu söyləyib. Bu səbəblə məhkəmə istintaqı təzələnib. Hafiz Hacıyev və vəkilindən 100 minlik təzminat tələbini əsaslandırmaları istənilib.

Hafiz Hacıyev bildirib ki, onun nüfuzuna dəymiş zərbəyə görə 100 min çox aşağı məbləğdir: “Mən 110 minlik partiyanın sədriyəm, dörd dəfə prezidentliyə namizəd olmuşam. Mənə atdığı böhtanlarla, təhqirlərlə vurduğu ziyan ən ağır cinayətdir”.

A.İsmayılov isə son sözündə deyib ki, olmayan nüfuza zərbə də vurula bilməz: “Qərarı çıxaranda nəzərə alın ki, bu qərar tarixdə qalacaq. Sizə təqdim etdiyim sənədlərdə mənim haqqımda işlətdiyi söyüşləri də nəzərə alın. Mən bu canlı ilə hətta bir otaqda da olmaq istəmirəm”.

Müşavirədən sonra hökm elan edilib. Hökmə əsasən, CM-in 147.2(ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsiylə A.İsmayılova bəraət verilib. CM-in 148-ci (təhqir) maddəsiylə isə 1500 manat cərimələnib. H.Hacıyevin 100 minlik mülki iddiası isə təmin olunmayıb.

Hökm tərəflərdən heç birini qane etməyib və onlar jurnalistlərə bildiriblər ki, hökmdən apellyasiya şikayəti verəcəklər.

H.şikayətində Hacıyev iddia edir ki, A.İsmayılov “facebook” səhifəsində paylaşdığı yazılarında onun ünvanına “canlı”, “məxluq” kimi ifadələr işlətməklə onu təhqir edib, vəzifəli şəxsləri şantaj edib pul aldığını yazmaqla ona böhtan atıb. A.İsmayılov isə deyir ki, bu adamın adını çəkməyi özünə yaraşdırmadığına görə onu “canlı” adlandırır.

 

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.