Now Reading:
AŞPA Azərbaycanı arxayınlaşdırdı

Avropa Şurasının Azərbaycandakı nümayəndəsi səfir Zoltan Hernyes deyib ki, Azərbaycanın Avropa Şurasından (AŞ) və Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxarılması məsələsi gündəmdə deyil. O qeyd edib ki, Azərbaycan AŞ və AŞPA-nın tamhüquqlu üzvüdür və bütövlükdə aktiv fəaliyyət göstərir. “Azərbaycan nümayəndə heyəti AŞPA-nın yanvar ayındakı son sessiyasında da fəal olub, nümayəndə heyəti tərəfindən iki hesabat təqdim olunub. Nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib. Ona görə də düşünürəm ki, Azərbaycanın AŞPA üzvlüyü müzakirə mövzusu belə deyil”.
Səfir onu da bildirib ki, AŞPA Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət alıb. Azərbaycan Mərkəzi Seçki Komissiyası tərəfindən artıq dəvətin göndərildiyini deyən Hernyes hazırda bəzi texniki məsələlərin müzakirəsi aparıldığını qeyd edib. Ancaq o, prosesin nə vaxt başlayacağı və müşahidəçi missiyasının nə vaxt göndəriləcəyi barədə məlumatı olmadığını bildirib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.