Loading...
Loading...
Xəbərlər

AŞPA Cənubi Qafqaz ölkələrini LGBTİ birliyinin hüquqlarını təmin etməyə çağırıb

Bakı/27.01.22 Avropa Şurası Parlament Assambleyası Ermənistan, Azərbaycan və Gürcüstanda LGTBİ-nin (lesbiyanlar, geylər, biseksuallar, transseksuallar və interseksuallar) vəziyyəti ilə bağlı narahatlığını bildirib.

Assambleyanın yanvarın 25-də qəbul edilmiş qətnaməsində (Southern Caucasus: measures to combat alleged violations of the rights of LGBTI people) bu insanların hüquqlarının pozulması haqqında çoxsaylı məlumatlar olduğu qeyd edilir.

Cənubi Qafqaz ölkələri “cinsi orientasiya, gender kimliyi, gender özünüifadəsi və cinsi əlamətlərinə görə ayrı-seçkiliyin aradan qaldırılmasına yönəlmiş səmərəli qanunvericilik qəbul etməli və siyasət həyata keçirməlidir”. 

“Gürcüstanın ayrı-seçkiliyə qarşı mübarizədə əldə etdiyi irəliləyişi”, həmçinin “Ermənistanda hazırki demokratiyaya keçid prosesi ilə bağlı yaranan imkanları” alqışlayan parlamentarilər Yerevan, Bakı və Tbilisini “LGTBİ nümayəndələrinin hüquqlarını dəstəkləmək üçün ictimai tədbirlər keçirmək hüququna zəmanət verməyə” çağırıblar.

Xüsusən, gey-paradlara icazə vermək və “iştirakçıları istənilən zorakılıqdan qoruyaraq”, paradların təhlükəsiz keçirilməsini təmin etmək təklif olunur.

Qəbul edilən qətnamə belçikalı deputat Kristof Lakruanın hesabatına əsaslanır. O, KİV və parlament üzvləri üçün ayrı-seçkilik ehtiva edən və LGBT birliyinə qarşı ədavət yaradan şərhləri qadağan edən davranış məcəllələri qəbul etməyə çağırır.

Qətnamədə həmçinin transgenderlərin sənədlərdə adlarını və cinslərini dəyişdirməsinə imkan verən prosedurlar tətbiq edilməsi nəzərdə tutulur. Həmçinin, insan hüquqlarının, o cümlədən LGBTİ hüquqlarının müdafiəsi sahəsində işləyən vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı möhkəmləndirmək, onların müstəqilliyinə zəmanət vermək və onlarla işləyən insanların təhlükəsizliyini təmin etmək tövsiyə olunur. -06D-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun