2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

AŞPA-da Azərbaycanla bağlı müzakirələr keçiriləcək

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında Azərbaycanla bağlı iki hesabat üzrə hazırlanmış qətnamələr müzakirə ediləcək.

“Azərbaycanda Demokratik Qurumların Fəaliyyəti” adlı hesabat, çərşənbə günü səhər iclasında müzakirə ediləcək. Bundan dərhal sonra, Azərbaycanda insan haqlarının vəziyyətinə dair başqa bir hesabat müzakirə üçün təqdim ediləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, payız sessiyasından əvvəl AŞPA-nın Azərbaycan üzrə keçmiş həmməruzəçisi və AŞPA-nın prezidenti Pedro Agramunt, vəzifəsindən istefa verdiyi üçün qurumda yeni prezidentin seçilməsi üçün səsvermə keçiriləcək.

Bazar ertəsi günü keçirilən iki mərhələdən sonra heç bir namizəd kifayət qədər səs toplaya bilməyib. Üçüncü və sonuncu mərhələnin nəticəsi çərşənbə günü günorta iclasında bəyan ediləcək.

Korrupsiya qalmaqalı və artan məyusluq

Payız sessiyasından əvvəl Azərbaycan hökuməti və AŞPA əlaqələrində artan gərginlik özünü açıq göstərməyə başlayıb. Bunun səbəblərindən biri Azərbaycan Camaşırxanası hesabatının açıqlanması və Azərbaycana qarşı korrupsiya və rüşvətvermə iddialarının ortaya çıxmasıdır.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) və Avropa qəzetləri konsorsiumu tərəfindən aparılmış təhqiqatın nəticəsi olan hesabatda Azərbaycanın bəzi AŞPA siyasətçilərinə “siyasi dəstək üçün pul ödədiyi” iddia edilir.

Azərbaycan hökuməti bu iddiaları rədd edir.

Lakin bu iddialar AŞPA-da artıq öz nəticələrini göstərməyə başlayıb.

“Azərbaycanın Avropa Şurası sədirliyi: İnsan haqlarına hörmət barədə nə etməli?” adlı hesabatın belçikalı müəllifi Alain Destexhe artıq AŞPA-dan istefa verib.

O bu addımı, onun və həmkarı Stef Goris-in təsis etdiyi Seçkilərin Müşahidəsi üzrə Avropa Akademiyasının adının (European Academy for Elections Observations) Azərbaycan Camaşırxanası hesabatında hallanmasından sonra atıb.

Bundan başqa, keçmiş AŞPA üzvü olan italiyalı siyasətçi Luca Volonte-yə qarşı iddialar hətta Azərbaycan Camaşırxanası hesabatından da əvvəl, Avropa Şurasında böyük narahatlıqa səbəb olub və müstəqil istintaq qurumunun yaradılmasına səbəb olub.

Müstəqil Xarici İstintaq Qurumunun (Independent External İnvestigation Body) məqsədi AŞPA deputatlarına qarşı, xüsusilə də Azərbaycanla bağlı, iddiaları araşdırmaqdır.

Qurumun fəaliyyəti bu payız sessiyasında müzakirə edilməyəcək, lakin onun mövcud olması Azərbaycan və AŞ arasında məyusluğun artmasına səbəb olub.

Azəbaycan AŞ-ı tərk edə bilər?

Bu artan məyusluq özünü prezident Əliyev və Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin sədri Səməd Seyidovun sözləri ilə göstərib.

Oktyabrın 4-ü, prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib:

“Azərbaycan Avropa Şurasını tərk etsə, heç kəs buna əhəmiyyət verməyəcək. Həyatımızda heç nə dəyişməyəcək”.

Səməd Seyidov isə, bazar ertəsi AŞPA-da verdiyi çıxışında “bəs biz burada nə edirik, nə üçün bu təşkilatda qalmışıq?” sualını verib.

“Biz burada təşkilatın əsas prinsipləri olan demokratiya, insan hüquqları və qanunun aliliyinin qorunması əvəzinə, daha çox kreslo, vəzifə üstündə mübarizə, şəxsi çəkişmələrin şahidi oluruq”, o, əlavə edib.

Cənab Seyidov Avropa Şurası baş katibinin “bir sıra üzv ölkələrə qarşı çox aqressiv və dözümsüz” bəyanatlarının onun şikayətinə səbəb olan digər məqamlardan biri olduğunu deyib.

ReAl sədri İlqar Məmmədovun azadlığa buraxılması tələbi daxil olmaqla, Azərbaycanın bir çox Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hökmlərini yerinə yetirməməsi, AŞ-ın Baş katibi Thorbjorn Jagland-ın Azərbaycana qarşı “misli görünməmiş hüquqi addımın” atılmasına çağırış etməsilə nəticələnib.

Çox güman ki, cənab Jagland-ın nəzərdə tutduğu addım Azərbaycanın AŞ-a üzvlüyünün müzakirəsidir. Ən böyük ehtimalla, bu, Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin səsvermə səlahiyyəti və AŞPA-da digər fəaliyyətlərinin məhdudlaşdırılması ilə nəticələnə bilər.

Azərbaycanın AŞ-a üzv olduğu an imzaladığı öhdəliklərin biri AİHM qərarlarını icra etməkdir. Lakin buna baxmayaraq, məhkəmələrin bir çox qərarı Azərbaycanda tərəfindən hələ də icra olunmayıb.

Azərbaycan tərəfi bundan əvvəl İlqar Məmmədovla bağlı tələbləri “qəbuledilməz” adlandırıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button