2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

AŞPA-da İlqar Məmmədov müzakirələri

«Biz İlqar Məmmədovla 16 il əvvəl evlənmişik. Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsinin də yaşı elə bu qədərdir. Bu müddətin dörddə birindən çox bir vaxtı mənim həyatım həbsxanaya gedib-gəlməklə keçir. Mən özümə «sən niyə siyasətçi ilə ailə qurdun» sualını vermirəm. Amma mənim Parlament Assambleyasına sualım var. Azərbaycan niyə Avropa Şurasına üzv qəbul edilib?».

Bu sözləri aprelin 27-si Avropa Şurası Parlament Assambleyasında (AŞPA) «Azərbaycan: cəzasızlıq fonunda repressiyalar» mövzusunda müzakirələrdə REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova deyib.

Saytların yığılması Saytlarin yigilmasi

V.Məmmədova bildirib ki, həyat yoldaşını Avropa Şurasının bütün qurumları siyasi məhbus kimi tanıyıb. Ancaq 4 il 3 aydır ki, həbsdədir.

«Bura səfərimin məqsədi odur ki, həyat yoldaşımın niyə hələ də məhbəsdə olduğunu öyrənim. Həyat yoldaşım respublikaçıdır. O, Azərbaycanda hakimiyyətin bir ailənin əlində cəmlənməsinə etiraz edən bir hərəkatın başına keçdi. Sonra onu həbsə atdılar. Bundan sonra ölkədəki qanunlar daha da sərtləşdi», – deyən Məmmədova əlavə edib ki, həyat yoldaşını həbs edənlər dörd il ərzində öz məqsədlərini aşkar göstəriblər.

«NİYƏ?»

«Parlament Assambleyası isə bu dörd il ərzində kollektiv ağıl, tədbir nümayiş etdirmək gücündə olmadı? Bunun niyəsini anlamaq istəyərdim. Bu dörd il ərzində bizim evimizə gəlib-gedən daha nə qədər insanın da başı bəlalar çəkdi. Rəsul Cəfərov ilyarım həbsdə yatdı. Natiq Cəfərli bir ay həbs cəzası aldı. Digər respublikaçı fəallar həftələrlə ev dustaqlığında qaldılar. Azər Qasımlının ölkədən çıxışı qadağan olunub. Evimizə qonaq gələnlərdən daha neçəsi ölkəni tərk etmək məcburiyyətində qaldı», – o, bildirib.

V.Məmmədova AŞ Baş katibi Thorbjørn Jagland-ın səylərini minnətdarlıqla vurğulayıb.

Müzakirələri «Article 19» və «International Media Support» beynəlxalq ifadə və mətbuat azadlığını müdafiə təşkilatları təşkil edib. AŞPA-nın keçmiş prezidenti Anne Brasseur və Assambleyanın sosialist qrupunun vitse-prezidenti Yves Cruchten də müzakirələrə qatılıb.

Müzakirələrdəki çıxışlarda deyilib ki, Azərbaycanın vətəndaş cəmiyyəti və KİV-ləri yeni repressiyalar dalğası ilə üzləşiblər. Onsuz da zəif olan demokratiya mühiti Konstitusiyaya düzəlişlərin qəbul edilməsindən və Azərbaycan prezidentinin həyat yoldaşının vitse-prezident təyin olunmasından sonra daha da pisləşib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XATIRLATMA

İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı şəhərində iğtişaşlarla əlaqədar 7 il müddətinə həbs edilib. 2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) onun azad edilməsi haqda qərar verib. Ancaq İlqar Məmmədov hələ də həbsdədir. 2007-ci ildən həbsinə qədər İ.Məmmədov Avropa Şurasının Bakıda Siyasi Biliklər Proqramına rəhbərlik edirdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button