2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

AŞPA-dan Bəxtiyar Hacıyevə azadlıq tələbi

Yayımlandı: 14 Fevral 2023 15:52

Həmməruzəçilər Hacıyevin həbsini onun ictimai fəalliyyəti ilə əlaqələndirirlər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda monitorinq üzrə həmməruzəçiləri Yan Liddel-Qreynqer (Birləşmiş Krallıq, AK/DA) və Lise Kristoffersen (Norveç, SOC) davam edən monitorinqdən dərin narahat olduqlarını açıqlayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanlı ictimai fəal Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.

Həmməruzəçilər bildirirlər ki, Bəxtiyar Hacıyevin hələ də həbsdə saxlanması onun ictimai fəalliyyəti ilə bağlıdır:

“Bunun alternativ qətimkan tədbiri ilə əvəz edilməsindən dəfələrlə imtina edilməsi ona qarşı irəli sürülən ittihamlarla tamamilə qeyri-mütənasibdir. Üstəlik, onun səhhəti son dərəcə narahatlıq doğurur”.

Açıqlamada qeyd edilir ki, Bəxtiyar Hacıyevin işi  “qanunçuluq prinsipinə zidd cavab təqibi və qanunlardan sui-istifadə yolu ilə hökumət tənqidçilərinin, vətəndaş cəmiyyəti fəallarının və hüquq müdafiəçilərinin əsassız həbsi və həbsinin narahatlıq doğuran nümunəsi” hesab olunur.

“Avropa İnsan Hüquqları Məhkəməsi bunu irəli sürüb. Biz Azərbaycan hakimiyyətini Bəxtiyar Hacıyevi dərhal azad etməyə və onun müvafiq tibbi yardım almaq imkanını təmin etməyə çağırırıq”, – deyə onlar əlavə ediblər.

Bəxtiyar Hacıyev. Foto: Meydan TV

Fevralın 13-də ABŞ-ın iki senatoru Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməyə çağırıb.

“Mən hələ də hesab edirəm ki, Azərbaycanın gələcəyi demokratiyadadır. Ancaq fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yolu sarsıdır”, – senator Dik Durbin deyə qeyd edib.

Fevralın 11-də ABŞ Dövlət Departamentin rəsmisi Ned Prays rəsmi Bakını Hacıyevin tezliklə azad edilməsinə və əsas azadlıqlarından istifadə etdiklərinə görə həbs olunanların hamısının azad edilməsinə çağırış etmişdi.

“Biz azərbaycanlı fəal Bəxtiyar Hacıyevin ötən ilin dekabrından, Beynəlxalq İnsan Hüquqları Günündən bəri həbsdə qalmasından və onun siyasi motivli hesab olunan ittihamlarla üzləşməsindən dərin narahatıq”.

2022-ci ilin dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur.

Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir.

Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı.

Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır.

İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir.

O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi.

Hacıyev 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button