2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

AŞPA həmməruzəçisinə qarşı etimadsızlıq çağırışı

Sülh və Demokratiya İnstitutunun bəyanatı

Saytların yığılması Saytlarin yigilmasi

 Sülh və Demokratiya İnstitutu rumıniyalı deputat Florin Predanı Azərbaycan üzrə həmməruzəçi funksiyasının icrasından kənarlaşdırılmasını çağırır.

“19 aprel 2016-cı il tarixində rumıniyalı deputat Sezar Florin Preda (Cezar Florin Preda) AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəşisi təyin olunub. Cənab Preda Azərbaycan üzrə həmməruzəçi vəzifəsində olduğu müddətdə AŞPA-da Azərbaycanda demokratik haqları və azadlıqları ilə bağlı vəziyyəti haqqında qətnamələr müzakirə edilməmişdir və qəbul olunmamışdır.

7 sentyabr 2017-ci il tarixində Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasında Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak (Stefan Schennach) və Florin Preda onların tərəfindən tərtib olunmuş «Thefunctioning of democratic institutions in Azerbaijan» adlı –

http://website-pace.net/documents/19887/3258251/20170907-AzerbaijanInstitutions-EN.pdf/1e6f0d15-1836-428b-a0c9-7f41ac8ece87 qətnaməsinin layihəsini təqdim ediblər.

 Həmin layihəni 11 oktyabrda AŞPA-nın sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.  

Həmin mətni oxuyanda həmməruzəçilər arasında Azərbaycanda vəziyyətinin qiymətləndirilməsində ziddiyətlər, həqiqətin saxtalaşdırılması və yalan məlumatlar açıq-aşkar görünür.

Sülh və Demokratiya İnstitutu yuxarıda qeyd olunmuş qətnamənin mətninə öz tövsiyyələri, qeydləri və əlavələri hazırlayıb. Bunlarla siz SDİ-nun saytında tanış ola bilərsiniz: http://ipdthinktank.org/Huma.n_Rights_eng.html;

http://ipdtest.org/Additions%20to%20the%20resolution%20PACE-final.pdf

Qətnamənin mətnini, cənab Preda ilə Azərbaycanda görüşmüş vətəndaş cəmiyyətinin aktivistlərinin məlumatını, bir sıra Avropa ölkələrindən AŞPA deputatların Predanın həmməruzəçi kimi işi haqqında fikrini təhlil edərkən qənayətə gəlirsən ki, bu adam Azərbaycan üzrə həmməruzəçinin funksuyalarını icra etməyi, Azərbaycanın AŞ-na üzv olanda üzərinə götürdüyü öhdəliklərin icrasını izləməyi və Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında həqiqətini yazmağı bacarmır (yaxud istəmir). Preda tərəfindən tərtib olunmuş mətnlər onun obyektiv olmaması haqqında bir sübutdur.

2012-2015-ci illərdə Azərbaycan hakimiyyəti təxminən 3 mlrd avro avropalı və amerikalı siyasətçilərə rüşvət verilməsinə xərclədi. Bu nəhəng korrupsiya qalmaqalın araşdırmaları davam edir və daima onun yeni fiqurantları üzə çıxır. 2017-ci ilin sentyabrında 2016-cı ildə Azərbaycanda insan haqları ilə vəziyyəti haqqında hesabatı («Azerbaijan’s Chairmanship of the Council of Europe: What follow-up on respect for human rights?») hazırlayan belçikalı deputatı Alan Deksterin korrupsiya əlaqələrində iştirakı haqqında məlumat Belçika KİV-lərdə dərc ediləndən sonra o, istefaya getdi.

Sülh və Demokratiya İnstitutu AŞPA deputatlarını rumıniyalı deputatı Florin Predanı Azərbaycan üzrə həmməruzəçi vəzifəsindən kənarlaşdırmağa çağırır.

Sülh və Demokratiya İnstitutu vətandaş cəmiyyətinin fəalları Florin Predanı Azərbaycan üzrə həmməruzəçi vəzifəsindən kənarlaşdırmasını tələb etməyə çağırır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button