2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

AŞPA Komitəsinin iclasında Qarabağ probleminə dair müzakirələr aparılacaq

Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası başlayıb.
24saat.org -un APA-ya istinadən məlumatına görə, iclas iki gün davam edəcək.
“Bu gün iclasda Azərbaycanın üzləşdiyi təcavüz, qaçqın və məcburi köçkün problemi,  danışıqlar prosesinə Ermənistanın da münasibəti məsələləri qaldırılacaq”, – deyə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini əlavə edib ki, toplantıda dünyada, yaxın şərqdə baş verən münaqişələr, humanitar addımlar adı altında dövlətlərin daxili işinə qarışılması, təcavüz mövzularına toxunulacaq.
Tədbirdə Avropa strukturlarının Dağlıq Qarabağ probleminə münasibəti məsələsinə də diqqət yetiriləcək.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button