2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AŞPA məruzəçisi Azərbaycana səfər edəcək

AŞPA-nın Miqrasiya, Qaçqınlar və Əhali Komitəsinin mərüzəcisi Pol Qavan-ın (İrlandiya) iyulun 26-dan 28-dək Azərbaycanda olacağı gözlənir. O, “Ermənistanla Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” mövzusunda hesabatı üçün informasiya toplamalıdır.

Bu barədə məlumat AŞPA-nın saytında yerləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

P. Qavan Bakıda Milli Məclisin sədri, parlament üzvləri və müxtəlif nazirliklərin nümayəndələri ilə görüşməlidir. AŞPA məruzəçisinin həmçinin köçkünlərlə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşü gözlənir.

Qavan artıq bu ilin mayında sözügedən hesabatın hazırlanması kontekstində Ermənistanda olub.

Məlumatda vurğulanır ki, məruzəçi hesabatını sentyabra qədər yekunlaşdırmağı planlaşdırır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin quruma üzv olarkən Bakı demokratiya, insan haqları və Qarabağ münaqişəsi ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə hələ də monitorinq altındadır.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.Ötən il 44 günlük İkinci Qarabağ müharibəsində isə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

24 saat” “AŞPA məruzəçisi Azərbaycana səfər edəcək” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button