2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AŞPA məruzəçisi Azərbaycanda görüşlər keçirir

İyulun 26-da Milli Məclisin sədri Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan ilə görüşüb.

Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, görüşdə Milli Məclisin sədri bir sıra hallarda təşkilatda Azərbaycana qarşı qeyri-obyektiv və ədalətsiz münasibətin olduğunu bildirərək, bu kimi halları tənqid edib.

Habelə, bildirildiyinə görə, Sahibə Qafarova məruzəçi Pol Qavanın hazırlayacağı “Ermənistan və Azərbaycan arasında münaqişənin humanitar nəticələri” adlı hesabatı haqqında danışaraq, ümid etdiyini bildirib ki, sənəd obyektiv və ədalətli olacaq.

Daha sonra məruzəçi Pol Qavanın Ermənistanda yalnız Yerevan şəhərində səfərdə olduğu üçün, Azərbaycanda da təkcə Ağdam şəhərinə gedəcəyi barədə məlumata münasibət bildirən spiker Sahibə Qafarova qeyd edib ki, Ermənistan işğala məruz qalmayıb, onun ərazisində nə müharibə olub, nə də orada müharibə dağıntıları var.

Mətbuat xidmətinin qeyd etməsinə görə, Milli Məclisin sədri vurğulayıb ki,Pol Qavan Ağdam şəhərinə səfəri zamanı Azərbaycandakı dağıntıların şahidi olacaq.

Minalanmış ərazilər

Açıqlamaya görə, görüşdə Qafarova Azərbaycanın regionda davamlı sülhün təmin olunmasını istədiyini, bunun üçün lazımi addımları atdığını və bundan sonra da atmağa davam edəcəyini qeyd edib:

“O, Ermənistanın minalanmış ərazilərin tam xəritəsini təqdim etməkdən imtina etməsinin müharibə cinayəti olduğunu vurğulayaraq qeyd edib ki, son dövrlərdə 140-dan çox şəxs Ermənistan tərəfindən basdırılan minaların partlaması nəticəsində həlak olub və yaralanıb. Bunların sırasında hərbi qulluqçularla yanaşı mülki şəxslər də olub. “

Bildirildirilir ki, ətraflı məlumatlara görə minnətdarlığını bildirən AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan hazırlayacağı hesabatın obyektiv, ədalətli olmasına çalışacağını bildirib. “O bu məruzənin humanitar məqsədlər daşıyan sənəd olacağını vurğulayıb.”

Bu məlumata, hələlik, AŞPA məruzəçisindən münasibət almaq mümkün olmayıb.

Nazir müavini ilə görüş

AŞPA Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin üzvü, məruzəçi Pol Qavan bugün, iyulun 26-da Azərbaycana gəlib. İyulun 26-da onun həmçinin Azərbaycan Xarici İşlər nazirinin müavini Elnur Məmmədovla da görüşü olub.

AŞPA məruzəçisinin həmçinin köçkünlərlə, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşü gözlənir.

Qavan artıq bu ilin mayında sözü gedən hesabatın hazırlanması kontekstində Ermənistanda olub.

AŞPA-nın saytında yer alan məlumatda isə vurğulanır ki, məruzəçi hesabatını sentyabra qədər yekunlaşdırmağı planlaşdırır.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Həmin quruma üzv olarkən Bakı demokratiya, insan haqları və Qarabağ münaqişəsi ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə hələ də monitorinq altındadır.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Ötən il 44 günlük İkinci Qarabağ müharibəsində isə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

24 saat” “AŞPA məruzəçisi Azərbaycanda görüşlər keçirir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button