SEÇMƏ

AŞPA-nın 20 deputatı Azərbaycanla bağlı qətnamə qəbul edilməsini istəyir

Yayımlandı: 31 Oktyabr 2022 13:59

Deputatlar hesab edib ki, Azərbaycanda siyasi təqib çoxalıb

Avropa Şurası Parlament Assambleyasının 20 deputatı “Azərbaycanda siyasi məhbusların sayının artması” haqqında qətnamənin qəbulunu təklif edib.

Turan” İnformasiya Agentliyinin məlumatına görə, Təşəbbüsçü İtaliyadan olan deputat Mauritsio Bukkarelladır.

“Azərbaycanda jurnalistlərə, hüquq müdafiəçilərinə və müxalifətçilərə qarşı təqiblərin artması, siyasi məhbusların sayının artması həyəcan doğurur”, -13 ölkədən 20 parlamentarinin imzaladığı sənəddə belə deyilir.

Sənəddə jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqovun həbsi yada salınır. Bildirilir ki, hakimiyyət Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Zeynallı və Sadıqovu dərhal azad etmək çağırışına məhəl qoymayıb.

Daha sonra vurğulanır ki, 2022-ci ilin ortalarında bloger Abid Qafarov uydurma böhtan ittihamı ilə həbs edilib. Müxalifətçi Əli Əliyevə qarşı eyni ittihamla üç cinayət işi başlanıb.

2022-ci ilin mayında bloger Rəşad Ramazanov uydurma ittihamla həbs edilib.

Parlament Assambleyası Azərbaycanda siyasi məhbuslarla bağlı işlərə diqqətlə baxmalı və öyrənməlidir”, – sənəddə deyilir.

Petisiya müəllifləri hesab edirlər ki, Assambleya Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasına əməl etməyə və bütün siyasi məhbusları azad etməyə çağırmalıdır.

Qətnamə layihəsinin Avropa Şurası Parlament Assambleyasında müzakirəyə çıxarılacağı vaxt hələlik məlum deyil.

Meydan TV

Gözdən qaçırmayın:  Fermer: “Mal-qaranı kəndimizdəki örüş yerinə buraxmırlar”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button