Loading...
Loading...
Xəbərlər

AŞPA prezidenti Avropa dəyərləri uğrunda mübarizə aparmağa söz verdi

Bakı/25.01.22 Yanvarın 24-də Strasburqda Avropa Şurası Parlament Assambleyasının 2022-ci ildəki növbəti sessiyasının beş günlük ilk hissəsi açılıb. AŞPA-nın yeni sədri Tini Koks (Tiny Kox) sessiyanın açılış mərasimində iştirak edərkən bildirib ki, “gündəliyin həyata keçirilməsi üçün bizim fəaliyyətimiz və Avropa Şurası Nazirlər Komitəsinin, baş katibinin və insan hüquqları üzrə komissarının fəaliyyəti arasında sinerjiyə ehtiyacımız var”.

Onun sözlərinə görə, Avropa Şurasının ümumi prioriteti demokratik təhlükəsizliyin əsası, insan hüquqları və qanunun aliliyinin zamini, habelə Avropada çoxtərəfli səmərəli yanaşma üçün platforma olaraq qalmaqdan, habelə hərtərəfli və inklüziv siyasi dialoq və əməkdaşlıq üçün müstəqil forum qismində öz kimliyini qoruyub saxlamaqdan və təsdiq etməkdən ibarətdir.

Koks bildirib ki, insan hüquqları Avropa Şurasının strateji çərçivələrinin mərkəzində qalmalıdır, bu zaman bütün üzv dövlətlərdə İnsan hüquqları üzrə Konvensiyanın həyata keçirilməsi təşkilatın əsas prioritetidir. “Bunun üçün bütün üzv dövlətlər və üzv parlamentlərlə daimi və dərin dialoq zəruridir, çünki yalnız bu halda biz bütün üzv dövlətlər ilə birlikdə və bütünlükdə Avropa Şurası olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin nüfuzunu dəstəkləyə bilərik”, deyə o bildirib.

Sədr həmçinin qeyd edib ki, sosial və iqtisadi hüquqların müdafiəsinə və bütün üzv dövlətlərin və Avropa İttifaqının Avropa Sosial Xartiyasını imzalamasına və ratifikasiya etməsinə şərait yaradılmasına daha ciddi diqqət yetirilməsi kimi, Avropa İttifaqının Konvensiyaya qoşulması da strateji prioritetdir.

“Bərabərliyin qorunması və istənilən əsaslarla ayrı-seçkiliyin aradan qaldırılması assambleyamızın prioritetlərindən. Bu, Konvensiyamızın ratifikasiyasına və onun yenilikçi standartlarının və alətlərinin səmərəli həyata keçirilməsinə yardımdan, həmçinin qadınlara qarşı şiddətin və ailədaxili şiddətin aradan qaldırılmasından və ona qarşı mübarizədən ibarətdir. Təhlükəsiz, sağlam və sabit ətraf mühit hüququnun Konvensiyamızda zəmanət verilən əsas hüquqlar sisteminə daxil edilməsinə dəstəyimiz də gündəliyimizin prioritet vəzifəsidir”, deyə Koks bildirib.

Sədr qeyd edib ki, cəmiyyəti pozan korrupsiyaya, pulların yuyulmasına, terrorizmə və zorakı ekstremizmə qarşı mübarizə də, sosial bərabərsizliyə qarşı mübarizə də prioritetlərimiz arasında ilk yerə qoyulub. “Avropa Şurasının konvensiyalara əsaslanan sistemi bizə bu prioritetləri təcrübədə həyata keçirmək üçün çox sayda mexanizm və alət təklif edir”.

“Gərginlik artır, qanunun aliliyinə, insan hüquqlarına və demokratik dəyərlərə hörmət isə azalır. Böyük birlik əldə etmək yerinə, Avropada vətəndaşlarımızın təhlükəsizliyi bahasına yeni ayırıcı cərəyanların ortaya çıxması ilə bağlı real və mövcud təhlükə var”. -0-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button