2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AŞPA qaydalar komitəsi korrupsiyaya qarşı bəyanat yayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi cümə axşamı günü gəbul etdiyi bəyanatda AŞPA üzvlərinə qarşı korrupsiya iddialarının araşdırılması üçün Assambleyanın Bürosunu müstəqil xarici istintaq qurumu təsis etməyə çağırıb.

Bəyanatda, komitə “Parlament Assambleyasının hazırkı və keçmiş üzvlərinə qarşı korrupsiya və xüsusi maraqların olması ilə bağlı iddiaları” son zamanlar Avropa mediasında izləndiyini bildirilir.

“Bu iddiaların doğru olub olmamasına baxmayaraq, onlar bir qurum kimi Assambleyanın və nəticədə həmçinin onun hər bir üzvünün imicinə və etimadına xələl gətirir”, komitə əlavə edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bəyanatda bildirilir ki, Parlament Assambleyasının bir çox milli nümayəndə heyəti və üzvləri, və beynəlxalq insan hüquqları və anti-korrupsiya təşkilatlarından aldığı müraciətlərdən sonra komitə “korrupsiyanın hər bir formasına qarşı sıfır tolerantlıq mesajı göndərmək” niyyətindədir.

Komitə Assambleyanın Bürosunu müstəqil xarici istintaq qurumunu təsis etməyə və “Assambleyanın tənqidlərinə səbəb olan spekulyasiyalara tezliklə son qoymaq üçün” səylərini əsirgəmədən müvafiq addımlar atmağa çağırır.

 

bbc

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button