2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Astan Şahverdiyev: “İnsanlar həvəslə işğaldan azad olunan ərazilərə qayıtmaq istəyir”

“Azərbaycan Prezidentinin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı torpaqlarımızın işğaldan azad olunmasının və “Böyük Qayıdış” proqramının ilk müjdəsidir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat Astan Şahverdiyev bildirib.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində anadan olduğunu vurğulayan A.Şahverdiyev həmin kəndin ona çox doğma olduğunu söyləyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Bildiyiniz kimi, Cocuq Mərcanlı ulu öndərin vaxtında, 1994-cü ildə işğaldan azad edilib. Amma orada şərait elə idi ki, insanların orada yaşaması praktiki olaraq qeyri-mümkün idi. Bu kənddə iki yüksəklik var. Bu yüksəkliklərdən biri Lələ Təpə deyilən yüksəklikdir. Bu yüksəklik strateji yüksəklik sayılır. Strateji əhəmiyyəti nədən ibarətdir? Lələ Təpədən kənara, Ermənistan tərəfə 50-60 kilometr məsafəni bizim silahlarımız əhatə edə bilir. İkinci yüksəklik kəndin qəbiristanlığı idi. Lələ Təpə həm də pir, ocaq deməkdir. Möhtərəm prezidentin dünən imzaladığı sərəncamla Prezidentin Ehtiyat Fondundan bu kənddə evlərin tikintisinə 4 milyon manat ayrılıb. Məndə olan informasiyaya görə, bu gün 200-ə yaxın müraciət var. Hazırda intensiv şəkildə torpaqların minalardan təmizlənməsi prosesi gedir. İnsanlar böyük həvəs və arzu ilə ora qayıtmaq istəyir. Çox vətənpərvər, qorxmaz bir insan ailəsi ilə birlikdə 1994-cü ildən orada yaşayır. Yeganə ailədir ki, o kənddə yaşayır. İşğaldan qabaq kənddə 400 ailə yaşayırdı. O insan 23 ildir ki, kənddə yaşayırdı, kəndi tərk etməmişdi. O da görünür insanlarımıza bir nümunə olub. Mən hesab edirəm ki, cənab prezidentin söylədiyi kimi biz yaxın zamanlarda bunun bəhrəsini görəcəyik. Yəni, bu, “Böyük Qayıdış”ın ilk başlanğıcı olacaq. Tezliklə evlər tikiləcək və sakinlər ora qayıdacaqlar. Dövlət bu insanların qayğısına qalıb və qalacaq. Cəbrayıl rayonunun seçiciləri, təmsil olunduğum dairənin seçiciləri və bütün sakinlər adından möhtərəm prezidentimizə dərin minnətdarlığımı bildirirəm”.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə deyib ki, işğaldan azad olunmuş kənddə tikiləcək evlərin sayı gələcəkdə daha çox olacaq:

“Sərəncam hələ təzə imzalanıb. Yaxın gələcəkdə işğaldan azad olunmuş kənddə daha çox ev tikiləcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button