2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Astara gömrüyündə yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir

Yayımlandı: 16 Mart 2023 13:26

Sürücü 10 gündür ki, gözlədiklərini deyir, Gömrük Komitəsi təkzib edir

Astara Gömrük Məntəqəsinin önündə İrandan Azərbaycana keçmək istəyən yük maşınlarının böyük növbəsinin yarandığı bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə adının çəkilməsini istəməyən bir sürücü Meydan TV-yə məlumat verib.

Sürücü artıq on gündür ki, növbə gözlədiklərini deyir.

Hazırda minlərlə yük maşını sürücüləri növbədə gözləyir. İrandan yükü vururuq, Astara Gömrük Məntəqəsində 14-15 gün növbə gözləməli oluruq. Bunun da səbəbi odur ki, Azərbaycanda gömrük işçiləri işləmirlər”, – şikayətçi qeyd edib.

Onun sözlərinə görə, şikayətlərinə əhəmiyyət verilmir:

Dəfələrlə şikayət etmişik, məlumat vermişik, xeyri yoxdur. Bir-iki gün yaxşı işləyirlər, üçüncü gün yenidən vəziyyət korlanır. Astara Gömrük Məntəqəsində öz bildiklərini edirlər. Normal işləsəydilər, biz də evimizə-eşiyimizə tez gedib çatardıq. Hələ də burdayıq, növbə gözləyən maşınların ucu-bucağı yoxdur. 2-3 min maşın növbədə gözləyir”.

Astara gömrük polisi həmişəki kimi gündəlik iş rejimində fəaliyyətini davam etdirir. Azərbaycan tərəfində heç bir problem də yoxdur”, – Azərbaycan Dövlət Gömrük Komitəsin (DGK) mətbuat katibi Natiq Axundov Meydan TV-yə məsələyə münasibət bildirərkən deyib.

Astara Gömrük Məntəqəsinin önündə əvvəlki illərdə də belə hallar baş verib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button