2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Aşura mərasimi dini biznesdir”

Elşad Miri: “Nə Qafqaz Müsəlmanları İdarəsinə, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac yoxdur”

“Aşura günündə insanların bədənlərinə xəsarət yetirərək qan çıxarması və azyaşlı uşaqların dini geyimdə ifrat əzadarlıq mərasimlərində iştirakı hallarına rast gəlinir. İslam dinində bunlar yoxdur”.
24saat.org xəbər verir ki, bunu bizimyol.info-ya açıqlamasında ilahiyyatçı Elşad Miri bildirib.

E.Mirinin sözlərinə görə, Aşura günü mərasimi dini biznesdi: “Ona görə də bu mərasimin keçirilməsinə niyə şərait yaradılmasın? Aşura mərasimi dini biznesdir. Nə Quranda, nə də Məhəmməd peyğəmbərin dövründə bu anlayışlar yoxdur. Bu mərasimi İslamla əlaqələndirib necə insanlarla təqdim etmək olar?”

E.Miri vurğulayıb ki, dinlə bağlı qurumların olmasına ehtiyac yoxdur: “Nə Qafqaz Müsəlmanları İdarəsinə, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə ehtiyac yoxdur. Bu qurumların cəmiyyətə xeyri və ziyanı ilə bağlı araşdırma aparmaq lazımdır”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button