Loading...
Loading...
Xəbərlər

ATƏT-in fəaliyyətdə olan sədrinin Ermənistan-Azərbaycan sərhədində vəziyyət barədə bəyanatı

Vyana/12.01.22  ATƏT-in fəaliyyətdə olan sədrliyi Ermənistan-Azərbaycan sərhədi boyunca toqquşmaların bərpası və bu zorakılığın insan tələfatına səbəb olması ilə əlaqədar dərin narahatlığını ifadə edir. Bu barədə ATƏT-in saytında dərc olunmuş bəyanatda deyilir.

“Güc tətbiqindən çəkinməyə və bu yaxınlarda başlanmış məzmunlu siyasi dialoqu davam etdirməyə çağırırıq.

Polşa ATƏT-in sədri qismində regionda möhkəm sülhün bərqərar olmasına və davamlı inkişafa dəstəyə yönələn səylərin bərpası və möhkəmləndirilməsi üçün tərəfdaşlarla işə sadiqdir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu istiqamətdə səylərini dəstəkləyirik. Biz həmçinin ATƏT-in fəaliyyətdə olan polşalı sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kaspşikin davam etdirdiyi işə qəti dəstəyimizi bir daha bəyan edirik”. -02D-

 

Turan
“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun