SEÇMƏ

ATƏT Stiven Siqala qarşı sanksiya tətbiq olunmasını istəyir

Yayımlandı: 27 Oktyabr 2022 22:16

Qurum ABŞ-ın dövlət katibi Entoni Blinkenə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelə məktub göndərib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Vaşinqtona aktyor, rejissor, Rusiya Xarici İşlər Nazirliyinin ABŞ-la humanitar əlaqələr üzrə xüsusi nümayəndəsi Stiven Siqala qarşı şəxsi sanksiya tətbiq edilməsi ilə bağlı tövsiyə ünvanlayıb.

Bu barədə “Newsweek” məlumat yayıb.

ATƏT ABŞ-ın dövlət katibi Entoni Blinkenə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrelə məktub göndərib.

Həmsədr Stiv Koen, konqresmen Co Vilson və Estoniya, Ukrayna, Avropa Parlamenti və Polşadan olan siyasətçilər təklifi imzalayıblar.

Sanksiya barədə müraciətə səbəb Siqalın 2022-ci ilin avqustunda Donbasa müharibə haqqında sənədli film çəkmək üçün getməsi olub.

Yelenovka şəhərindəki raket zərbəsi nəticəsində dağıdılan təcridxananın xarabalığında olan aktyor Ukrayna Prezidenti Volodimir Zelenskini Cenevrə Konvensiyasını (Hərbi əsirlərlə rəftar haqqında) pozmaqda ittiham edib.

2022-ci il iyulun 29-da Rusiya Müdafiə Nazirliyi əsir götürülmüş Ukrayna əsgərlərinin saxlandığı Donetskin Yelenovka şəhərindəki təcridxanaya Amerikanın “HIMARS” reaktiv yaylım atəşi sistemindən raket zərbələri endirilməsi barədə məlumat yayıb.

Stiven Siqal 2016-cı ildə Rusiya vətəndaşlığına dair pasport alıb.

Ona sənədi Prezident Vladimir Putin təqdim edib.

Siqal 2021-ci ildən Ədalətli Rusiya Partiyasının üzvüdür.

Həmçinin Rusiyanın ABŞ-dakı xüsusi nümayəndəsidir.

Fevralın 24-də Rusiya Ukraynanın Donbas bölgəsində genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Meydan TV

Gözdən qaçırmayın:  Vladimir Putin: “Biz erməni xalqının istənilən seçimini dəstəkləyəcəyik”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button