ATƏT: Türkiyədəki referendum Avropa Şurasının normalarına cavab verməyib - 24 saat xəbərlər
Now Reading:
ATƏT: Türkiyədəki referendum Avropa Şurasının normalarına cavab verməyib
Full Article 1 minutes read

ATƏT: Türkiyədəki referendum Avropa Şurasının normalarına cavab verməyib

Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı keçirilən referendum Avropa Şurasının normalarına cavab verməyib. Beynəlxalq müşahidəçilərin qənaətinə görə, referendumun texniki tərəfi yaxşı təşkil olunub, lakin seçicilərə islahatların əsas müddəaları ilə bağlı tərəfsiz məlumat verilməyib. Bu barədə ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu-nun (DİİHB) müşahidəçilər missiyasından bəyan ediblər.
“Bütövlükdə referendum Avropa Şurasının standartlarına cavab vermirdi. Hüquqi əsas həqiqi və demokratik prosesin keçirilməsi tələblərinə cavab vermirdi”, – deyə müşahidəçilər missiyasının bəyanatında deyilir.
Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Sezar Florin Preda qeyd edib ki, referendum günü bəzi regionlar istisna olunmaqla ciddi problemlər qeydə alınmayıb. Bununla yanaşı missiya vətəndaş cəmiyyəti tərəfindən müşahidəçilərin olmamasından məyusluğu dilə gətirib.
ATƏT DİİHB missiyasının rəhbəri Kaetana de Zulueta bəyan edib ki, referendumelə siyasi şəraitdə keçirilib ki, fövqəladə hal vəziyyəti olduğundan həqiqi demokratik proses üçün zəruri olan fundamental azadlıqlar məhdudlaşdırılıb. Onun sözlərinə görə, konstitusiya dəyişikliklərinin tərəfdarları və əleyhdarları üçün bərabər şərait olmayıb. Dəyişikliklərin tərəfdarlarının kampaniyası KİV-də dominantlıq edib. “Bu da jurnalistlərin həbsi ilə yanaşı seçicilərin informasiyaya çıxışını məhdudlaşdırıb”, – deyə o əlavə edib.

Fizzə

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.