2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Atəşkəs 132 dəfə pozulub

2E49D632-D343-4A30-A254-78F8AFF75512_w640_r1_sMüdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 132 dəfə pozub.

Bu zaman iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan istifadə edildiyi açıqlanır.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber kəndində və Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndi atəşə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Koxanəbi kəndləri, Krasnoselsk rayonu ərazisindən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqeləri vurulub.

Habelə, Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndlərinin də atəşə tutulduğu bildirilir.

Eyni zamanda Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarındakı bir sıra məntəqələrin də atəş altında qaldığı açıqlanır.

Müdafiə Nazirliyinin bildirməsinə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button