2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Atəşkəsin 110 dəfə pozulduğu deyilir

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 110 dəfə pozublar.

Bu zaman 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi deyilir.

Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan, Noyemberyan rayonlarının Dovex, Barekamavan kəndlərindən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Qaymaqlı kəndləri atəşə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Habelə, Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərinin vurulduğu açıqlanır.

Bundan başqa, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonu ərazisindəki mövqelərinin atəşə tutulduğu qeyd edilir.

Nazirliyin bildirməsinə görə, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Şıxlar, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Qaraqaşlı, Mərzili və Yusifcanlı kəndləri də atəş altında qalıb.

Məlumatda həmçinin qeyd edilir ki, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl və Goranboy rayonlarının da bəzi məntəqələri atəşə tutulub.

Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq qarşı tərəfə cavab zərbələri endirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button