2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saatGündəm

Atəşkəslə bağlı 24 iyun açıqlaması

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 17 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Berkaber, Paravakar kəndlərindən Qazax rayonunun Qızılhacılı, Ağstafa rayonunun Köhnəqışlaq kəndləri atəşə tutulub.

Bundan başqa, Berd rayonunun Çinari, Mosesqex kəndlərindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağbulaq, Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərinin də vurulduğu açıqlanıb.

Nazirlik bildirir ki, Füzuli, Xocavənd və Cəbrayıl rayonları istiqamətlərində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəf seçilib.
Müdafiə Nazirliyinin iyunun 23-də yayılan açıqlamasında isə atəşkəsin gün ərzində 13 dəfə pozulduğu bildirilirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Qarabağ cəbhəsində aprelin 2-dən 5-dək hərbi əməliyyatlarda hər iki tərəfdən onlarla hərbçi həlak olub. Gərginliyi aradan qaldırmaqdan ötrü Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Görüşdən sonra atəşkəsin pozulması davam etsə də, iri hərbi əməliyyatların keçirilmədiyi bildirilir.

İyunun 20-də isə Sankt–Peterburqda Rusiya dövlət başçısı Vladimir Putin-in iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Bu görüşdə də atəşkəsin gücləndirilməsi məqsədilə ATƏT müşahidəçilərinin sayının artırılması haqda razılıq əldə edildiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button