2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü

Bakı/11.11.21 Noyabrın 10-da Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olub.

Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, görüş zamanı “regionda yeni reallıqlar nəzərə alınmaqla” Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi müzakirə olunub. Ceyhun Bayramov Bakının mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Həmsədrlərlə görüşdən öncə Fransanın xarici işlər naziri Jan İv Drianın Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrı görüşləri olub. Bundan sonra üç nazir arasında görüş olub və görüşdə Drian Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması məqsədilə Fransanın ölkələr arasında dialoqun intensivləşdirilməsini istədiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Fransalı nazir ərazilərin minalardan təmizlənməsi prosesində öz ölkəsinin Azərbaycana yardım etməyə hazır olduğunu bildirib. O həmçinin Birinci Qarabağ Müharibəsi zamanı itkin düşənlərin axtarışının Fransa üçün vacib olduğunu qeyd edib, Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. -02D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button