2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ATƏT: “Jurnalistlərə təzyiqə son qoyulsun”

“Jurnalistika saysız-hesabsız çətinliklərlə üz-üzədir. Hökumətlər bütün çətinliklərə baxmayaraq, medianın işləməsindən ötrügərəkən addımları atmalı, jurnalistlərin təqibinə son qoymalıdır.

Jurnalistlərə qarşı basqı hallarını dərhal araşdırıb, günahkarları məsuliyyətə cəlb etməlidir”.

Saytların yığılması Saytlarin yigilmasi

ATƏT-in media ofisinin Tblisidə keçirilən XIII Cənubi Qafqaz Media Konfransının yekununda qəbul edilən birgə bəyanatda belə deyilir.

Azadlıq Radiosun xəbər verir ki, yekun birgə bəyanat 12 bölmədən ibarətdir. Sənnəddə Cənubi Qafqaz ölkələrində medianın durumu ilə bağlı problemlərə toxunulur. Hökumətlərdən həmin problemlərin həlli edilməsi istənilir.

“Jurnalistlərə qarşı bütün basqını qınayırıq”.

“Jurnalistlərə qarşı yol verilən bütün basqı hallarını qınayırıq. Hökumətlər belə halları ən qısa zamanda araşdırıb, lazımi addımlar atmalıdır. Vətəndaş jurnalistikasına əngəllər ortadan qaldırılmalı, ona düşmən münasibət dəyişməlidir”, deyə bəyanatda vurğulanır.

Sənəddə böhtan və təhqirə görə, cinayət məsuliyyətinin ləğv edilməsi, buna görə, dəqiq mülki məsuliyyətin müəyyən edilməsi istənilir.

“Qara siyahı” mübahisələri

Yekun birgə bəyanatın müzakirəsi Azərbaycandan və Ermənistandan gələn nümayəndələrin mübahisələri ilə müşayət olunub. Ermənistandan olan nümayəndələr yekun sənədə jurnalistlərin adlarının “qara siyahı”lara salınmasını pisləyən müddəanın daxil edilməsini təklif ediblər. Ancaq bu, Azərbaycan rəsmilərinin narazılığı ilə qarşılanıb.

Azərbaycan nümayəndə heyətinin Prezident Adminstrasiyasından (PA) olan üzvləri bunun yolverilməz olduğunu deyiblər.

PA-nın ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran HəsənovAzərbaycan xarici işlər nazirliyinin hazırladığı “qara siyahı”nın səbəbindən danışıb.

“Vəzifəsindən, peşəsindən, statusundan asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən, qeyri-qanuni şəkildə Ermənistanın işğal etdiyi ərazilərə səfər edən şəxslərin adları həmin siyahıya daxil edilir. Bu, “jurnalistlərin qara siyahısı” deyil. Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik göstərən və buna görə də arzuolunmaz elan edilən şəxslərin siyahısıdır”, deyə PA rəsmisi deyib.

Müzakirələrin yekununda Ermənistan nümayəndə heyətinin təklifi qəbul edilməyib. Onlar konfrans zalını tərk etməklə buna etirtaz ediblər.

İyulun 6-sı və 7-də Tbilisidə XIII Cənubi Qafqaz Media Konfransı keçirilib. Konfransda jurnalistlərin təhlükəsizliyi və peşəkarlığı mövzusunda müzakirələr aparılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button