2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ATƏT Parlament Assambleyasının sədri Azərbaycana səfər edəcək

“ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonen Azərbaycana rəsmi səfərə dəvət edilib və o, dəvəti məmnuniyyətlə qəbul edib”.
Bunu jurnalistlərə açıqlamasında ATƏT PA-nın sədr müavini, deputat Azay Quliyev deyib.
O əlavə edib ki, yaxın zamanlarda dəvəti bir daha rəsmi formada qarşı tərəfə çatdıracaqlar: “Aprelin 23-24-də Kopenhagendə ATƏT PA-nın Büro iclası keçiriləcək. Mən bu məsələni bir daha xanım Muttonenə çatdıracam və konkret tarixi də müzakirə edəcəm. Doğrudur, ATƏT PA-nın bütün sədrləri Azərbaycana səfər edib. Ümid edirəm ki, Kristina Muttonen də yaxın aylarda Azərbaycana səfər edəcək”.
A.Quliyev xatırladıb ki, ötən ay Milli Məclis sədri Oqtay Əsədov Sankt-Peterburqda K.Muttonenlə görüşüb və əlaqələrin yaxşılaşdırılması məsələsini müzakirə edib.
ATƏT PA-nın sədr müavini bildirib ki, Sankt-Peterburqdakı görüşdə müzakirə olunan məsələlər hər iki tərəfləri maraqlara cavab verir. (Report)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button