2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

At və uzunqulaq əti satan şəxs həbs olunub

Cəlilabad rayonunda at və uzunqulaq ətinin satışı ilə məşğul olan şəxs tutulub.

DİN-in məlumatına görə, Maşlıq kənd sakini Saqif Abbasov eyni əmələ görə yenidən tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

DİN və Cəlilabad Rayon Baytarlıq İdarəsinin əməkdaşları S.Abbasovun fermasına baxış keçiriblər. Baxış zamanı onun fermada bir neçə at kəsdiyi məlum olub. Ferma nəzarətə götürülüb, xəbərdə deyilir.

Bir neçə gün öncə S.Abbasovun fermasına baxış zamanı onun qanunsuz at kəsimi və at əti tədarükü ilə məşğul olduğu aşkar edilmişdi.

Saqif Abbasovun ittihama münasibəti bəlli deyil. Azərbaycanda at və uzunqulaq əti yeyilmir.

Bundan bir neçə gün öncə rəsmi mənbələr ölkədə 5 min uzunqulağın yoxa çıxdığını açıqlamışdı.

İstehlakçılar yoxa çıxan eşşəklərin kəsilərək ətinin kolbasa istehsalına verilə biləcəyi ehtimalından narahatlıqlarını bildirmişdilər.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button