24 saat en son xeberler - Xeberler platformasi

Xəbərlər

Ata Abdullayev 9 il həbsdə olacaq?

Bakı/21.12.21 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə qalmaqallı videobloger Ata Abdullayevin işi üzrə məhkəmə prosesi başa çatır.

Bu gün prokuror hədə-qorxu yolu ilə tələb etməkdə ittiham olunan Abdullayevin 9 il azadlıqdan məhrum edilməsini təklif edib.

Müttəhimin vəkili çıxışa hazır olmadığını bildirib və hakim növbəti iclası dekabrın 28-nə təyin edib.

İttihama əsasən, Abdullayev məmurları və sahibkarları sosial şəbəkələrdə onları nüfuzdan salacaq materialların dərcilə hədələyərək pul tələb edib.

Abdullayev müxalifətçi siyasətçilərə və hakimiyyətin digər tənqidçilərinə qarşı təxribatların icraçısı kimi tanınır. O, müntəzəm olaraq müxalifətçiləri təhqir edib, qalmaqallar yaradıb. Belə təxribatlardan birinin nəticəsi olaraq iki il bundan öncə müxalifətyönlü jurnalist Təzəxan Mirələmli islah işlərinə məhkum edilmişdi. – 06B-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button