2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Ata Abdullayev Rövnəqin AzTV-si rolunda

“Saray təlxəksiz olmaz” deyiblər. Amma deyəsən bizdə təlxəklərin sayı bir az çoxdur. Bu təlxəklərə ölkənin çox yerində rast gələ bilərsiniz. Lakin onların arasında özəl statusu olan biri var ki, hələ yer üzü beləsini görməyib. Yanılmadınız, söhbət İlham Əliyevin yaxın dostu Ata Abdullayevdən gedir. Yəqin hamınızı düşündürür ki, kral bu adama niyə belə meydan verib? Bu adam bir ölkə rəhbərinin adına antipatiyadan başqa nə gətirə bilər? Dərd burasıdır ki, Əliyev bunu anlamaq istəmir. Adam Ata Abdullayevi sarayın baş təlxəyi elan edib, özü də xüsusi statuslu təlxəyi. Təəccüb edəcək bir şey yox. Bunlar o adamlardır ki, dövlətçiliyi həmin təlxəyin cibinə diplomatik pasport qoyub xarici səfərlərə, görüşlərə göndərəcək qədər oyuncağa çeviriblər. Abdullayevin saraya ayaq açması da təsadüfən baş verməyib. Təlxək uşaqlıqdan fərasətli olub, hardasa imkan tapıb Heydər Əliyevlə şəkil çəkdirib özünü sığortalayıb. Ondan sonrakı dosyesi də xeyli rəngarəngdir, adı xeyli cinayət işlərində keçib. Görünür, elə bu yolla da adamı qarmağa keçirib, kukla kimi istifadə etməyə başlayıblar. Son illərdə onun əsas missiyası ”pressa” jileti geyib AXCP sədri Əli Kərimlinin ziyarət etdiyi məkanlarda təlxəklik etmək, İlham Əliyevin xarici səfərlərində görüş keçirdiyi iqamətgahların qarşısında düşük və saxta “vətənşüvənlik” şousu göstərməkdir. Bir sözlə, adam saray əyanları üçün olub kukla. Harda çirkin oyunlar varsa, adamı yönəldib ora, istədikləri insanları söydürürlər…

Sonuncu dəfə onun kimi hədəf aldığını bilirsiniz? AFFA-nın baş katibi Elxan Məmmədovu. Adam üç gün əvvəl sosial şəbəkədə açdığı canlı yayımdan Məmmədova müraciətlə soruşur ki, “oğlunuzu Corc Vaşinqton Universitetində hansı pullarla oxudursunuz?” “Təvazökarlığı prezidentdən öyrənin, o nümunədir, oğlu həm orta məktəbi, həm universiteti Azərbaycanda başa vurdu. Bəs siz on minlərlə pulu hardan tapıb oğlunuzu bu bahalı universitetdə oxudursunuz və o pulları hansı yollarla ölkədən çıxarmısınız?” Bax, burda həm xoruzun quyruğu görünür, həm də insanı gülmək tutur. Sizcə, 14 ildən bəri AFFA-nın baş katibi olmuş bu adam birdən-birə niyə Atanın yadına düşdü? Bu hücumun Rövnəq Abdullayevin AFFA-nın prezidenti seçilməsi məqamına düşməsi təsadüfdürmü? Ona konspekti Azərbaycan futbolunu da 11 milyard borclandırdığı SOCAR-ın gününə qoymuş Rövnəq Abdullayev vermiş olmasın? Heç şübhəniz olmasın ki, belədir. Abdullayevin ara-sıra baş təlxəyin cibinə pul basdığı haqda məlumatlar vardı. Bu dəfə adam açıq şəkildə quyruğunu ələ verdi. AtaTV artıq SOCAR-ın pulları sayəsində Abdullayevin AzTV-si rolunda çıxış etməyə başlayıb. Bundan sonra AtaTV-nin bacasından hansı tüstü çıxsa, bilin ki, odun atan Rövnəqin özüdür. Proqramların ssenarisi də eynilə AzTV sayağı yazılır. Əvvəlcə kralı mədh edib, ardınca istədiyin adamı söyə bilərsən. Bu dəfə Atanın İlham Əliyevi tərifləyib, Elxan Məmmədovu söydüyü kimi.

Saytların yığılması Saytlarin yigilmasi

Keçmiş zamanlarda təlxəklər sarayda yeganə statuslu adamlar idi ki, zarafata hökmdarı da tənqid edə bilərdilər. Amma bu adamın təlxəkliyi də saxtadır və hər zaman yalan danışır. Guya bunun İlham Əliyevin Rövnəqin əli ilə ofşorlara daşıtdırdığı milyardlardan xəbəri yoxdur? Yoxsa Rövnəqin 24 yaşlı oğlunun İbizada oğurlatdırdığı 2 milyon avroluq saat qalmaqalını eşitməyib? Adam Abdullayevlərin dünyanın dörd yanına səpələnmiş milyardlarla sərvətindən, şirkətlərindən də məlumatsızdır bəlkə? Əlbəttə, o hər şeyi gözəl bilir. Sarayda və saray ətrafında baş verənlər haqqında bizdən daha çox məlumatlıdır. Adamın, sadəcə, ipi başqasının əlindədir. O bir kukladır, başqasının verdiyi komanda əsasında danışır və hərəkət edir. Belə görünür ki, AtaTV-nin əsas sponsoru Rövnəq Abdullayevdir ki, onu AzTV- sayağı artıq öz xeyrinə danışdırmağa da başlayıb. Ya da baş təlxəyini Rövnəqə elə İlham Əliyev özü tapşırıb, kim bilir…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button