2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

“Atabank”ın Nərimanov filialında – Qanunsuzluq

“Atabank”ın Nərimanov filialında qanuna riayət olunmur. 24saat.org-un əməkdaşının verdiyi xəbərə görə, Heydər Əliyev prospektində yerləşən bank filialının valyutadəyişmə məntəqəsi vətəndaşdan azca kəsik və ya cüzi cırılmış pul götürmür. Bankın borcudur ki, xarab olmuş pulu da qəbul etsin. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanununa görə, Mərkəzi Bank tədavülə yararlı pul nişanlarını məhdudiyyətsiz dəyişdirir: “Saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əskinasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

Əks halda isə dəyişdirilmir və vətəndaşa bu haqda izahat verilir”. Amma “Atabank”ın sözügedən filialında çalışan xanım əməkdaş cüzi xarab olmuş 100 manat əsginası qəbul etməyib. Müştəri ona qanunu yada salsan da “biz qəbul etmirik” deyərək pulu qaytarıb. Bank rəhbərliyi görünür ki, kadr seçimində o qədər də uğurlu olmayıb. Hər halda peşəkar bank əməkdaşı bunu bilməlidir. Qarşı tərəfi dinləməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button