2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“AtaHolding” Monteneqrodan gedib?

«Azerbaijan Global Investments» şirkətinin (AGI) korporativ internet səhifəsində səhmdarlarının sırasında üç təsisçidən birinin – «AtaHolding» MMC-nin adı artıq yoxdur. Monteneqroda dəbdəbəli «Portonovi» villalar və otellər kompleksini inşa edən AGI hazırda iki payçısının – («Paşa Development» MMC və «Synergy Group» MMC) olduğunu bildirir.

ŞİRKƏTDƏ 33 FAİZ PAYI VARDI

Saytların yığılması Saytlarin yigilmasi

AGI şirkəti 2013-cü ildə açıq səhmdar cəmiyyəti kimi təsis olunarkən «AtaHolding» MMC onun səhmlərinin 33 faizinə sahib idi. Digər iki şirkət – «Paşa Holding» MMC«Synergy Group» MMC səhmlərin müvafiq olaraq 35 və 32 faizini əldə etmişdi. Daha sonra «Paşa Holding» həmin səhmləri törəmə şirkətinə – «Paşa Development» MMC-yə ötürdü.

«AtaHolding» şirkətlər qrupunun maliyyə hesabatından

SOCAR ALIB AGI-YƏ SATDI

«Azerbaijan Global Investments» Monteneqroda köhnə hərbi kazarmanın yerində kurortun inşası layihəsinə sonradan qoşulub. Bu layihənin icrası üçün keçirilən tenderi təsisçisi ofşor zonada olan Britaniyanın «Triangle Investments and Development Ltd.» şirkəti vasitəsilə təmsil olunan SOCAR udmuşdu. Dövlət Neft Şirkəti layihəni gerçəkləşdirməkdən ötrü 2012-ci ildə Monteneqroda «Azmont Investments» şirkətini yaratmışdı.

***Buna da bax-‘Azmont’un görünən və görünməyən üzü

«Azmont Investments» şirkətindəki 100 faiz pay daha sonra SOCAR-ın Niderlandda qurduğu «Saiph Holding BV» şirkətinə ötürüldü. «Azmont Investments» şirkətindəki payın 99.99 faizinin AGI-yə satışının ayrıntıları haqda SOCAR o zaman açıqlama verməyib. Bu ilin əvvəlində isə Monteneqrodakı rəsmi mənbələrdən bəlli olub ki, «Saiph Holding BV» şirkəti 0.01 faiz payını da AGI şirkətinə ötürüb.

QAFAR QURBANOV HƏM «ATAHOLDING»-İ, HƏM DƏ SOCAR-I TƏMSİL EDİRMİŞ

Lakin «AtaHolding» şirkətlər qrupunun adı Monteneqrodakı inşaat layihəsində lap əvvəldən çəkilirdi. Təsadüfi deyil ki, tikinti ərazisini SOCAR icarəyə götürsə də, Monteneqro hökuməti ilə müqaviləni «AtaTurizm» şirkəti adından «AtaHolding»in İdarə Heyətinin sədri Qafar Qurbanov imzalamışdı. Maraqlıdır ki, o, elə həmin dövrdə həm də «Azmont Investments» şirkətinin direktoru idi və «Triangle Investments and Development Ltd.» şirkətində təmsil olunurdu.

Mənbə: pretraga.crps.me

««ATAHOLDING» MMC-NİN PAYI İNDİ KİMDƏDİR» SUALINA CAVAB VERƏN TAPILMIR

Nə «AtaHolding» MMC-nin rəhbərliyi, nə də «Azerbaijan Global Investments» MMC-nin Bakı ofisində səhmdarların strukturundakı son dəyişikliyi şərh ediblər. Hər iki şirkət AzadlıqRadiosunun bu haqda sorğusunu cavabsız qoyub. İnşasına 650 milyon avro sərmayə yatırılan Monteneqrodakı kurort layihəsinin 2018-ci ildə tamamlanacağı gözlənilir.

***Buna da bax-Əliyevlər devalvasiyadan milyonlar qazandılar (Araşdırma)

«Azmont Investments» Monteneqroda daha bir neçə şirkət qurub. Bunlar «Portonovi Hospitality Management Company» MMC, «Portonovi Resort Management Company» MMC, «Rare Developments» MMC və «Nova Banka» ASC-dir.

BANKI, NEÇƏ-NEÇƏ ŞİRKƏTİ VAR, Dİ GƏL, ZƏRƏRDƏDİR

«AtaHolding» MMC 2003-cü ildə yaradılıb. 2015-ci ildə onun təsisçilərinin «Hughson Management Inc.» (51faiz), «Asbet Limited» (25 faiz) və «Clonmel International Inc.» (24 faiz) olduğu bildirilirdi. AzadlıqRadiosunun jurnalist araşdırmaları bu şirkətlərin sahiblərinin prezident İlham Əliyevin qızlarının olduğunu üzə çıxarmışdı. Auditor hesabatında holdinqə onların qardaşının – Heydər Əliyevin nəzarət etdiyi deyilir.

Holdinqə bank, sığorta, lizinq, İT, sənaye, turizm və otelçilik, kənd təsərrüfatı şirkətləri daxildir. Holdinq 2015-ci ildə 21.9 milyon manat zərərə uğradığını, 2016-cı ilin əvvəlinə isə zərərin 59 milyon manatı ötdüyünü açıqlamışdı.

 

(azadliq.org)

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button