2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Atam bizi dəmirlə döyürdü”

Bakıda yeniyetmə bacı-qardaşlar atalarının zorakılığına görə evdən qaçıblar. 14 və 15 yaşlı bacı-qardaş atalarının onları hər gün döydüyünü, hətta məktəbə getməklərinə də icazə vermədiklərini bildirirlər. Əməkdaşlarımız onların acınacaqlı həyat hekayasini işıqlandırıb.
Xezerxeber.az məlumat verir ki, irinin 14, digərinin 15 yaşı var. Yeniyetmə bacı-qardaş atalarından qurtulmaq üçün evdən qaçıblar.
Türkan və Mikayılın sözlərinə görə, elə bir gün olmayıb ki, döyülməsinlər. Atalarının fiziki zorakılığı yeniyetmələrin evdən qaçması ilə başa çatıb.
Uşaqların iddialarına görə, ataları zorakılıq və onları döymək üçün hər bir bəhanə uydurub.
Hətta ataları onların təhsil almasına da imkan verməyib. Onlar da anaları vəfat edənədək – yəni 3-cü sinfədək təhsil ala biliblər.
Türkan və Mikayıl bildirirlər ki, onları ən çox məyus edən analarının həyatda olmamasıdır. Analarının həyatdan erkən ayrılması onların arzularının məhv olmasına səbəb olub.
Yeniyetmələrin hər ikisi Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib və onlarla psixoloji yardım keçirilir.
Uşaqların atası Müşviq Qasımov isə haqqındakı iddiaları qəbul etmir, onlara zorakılıq tətbiq etmədiyi bildirir. O ki qaldı evdən getməklərinə, bundan da xəbərsizdir. Ancaq tez bir zamanda onları evə qaytarmaq üçün əlindən gələni edəcəyini dedi.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button