2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

“Atasının 8 yaşlı Fərəhi balkondan atmasına dair şübhələrim var”

Ana: “Ərim məni yalnız döymürdü, həm də dişləyirdi, ətimi qopartmağa cəhd edirdi”

Ötən ilin noyabrın 27-də Bakının Nizami rayonu, M.Abbasov küçəsi 13-də faciə baş verib. 2012-ci il təvəllüdlü Fərəh Vahid qızı Nadirova yaşadığı binanın 13-cü mərtəbəsindən düşüb, azyaşlı aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Hüquq-mühafizə orqanları azyaşlının ölümü ilə bağlı araşdırma aparıb, cinayət işi başlanılıb, lakin 8 yaşlı uşağın intihar etdiyi qənaətinə gələrək cinayət işinə xitam verilib.

F.Nadirovanın anası Dilarə Bağıyeva isə qızının ölümündə uşağın atası Vahid Nadirovu günahlandırır. Ana deyir ki, həyat yoldaşı həmin gün evdə dava salıb, uşağın gözü qarşısında onu döyüb. Əlindən qurtarıb qaçmağa çalışanda buna mane olub, Fərəhi anadan ayıraraq otağa qapadıb. Ana əlavə edir ki, atasının Fərəhi pəncərədən atdığına dair şübhələri də var. Aylardır müxtəlif qurumların qapısını döyür, lakin günahkarın cəzalandırılmasına nail ola bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

“Vahidlə 2010-cu ildə ailə qurmuşduq. İçki düşkünü olduğu üçün illər ərzində dəfələrlə döyülüb, söyülmüşəm. Vahid hər dəfə ondan ayrılacağım təqdirdə məni ölümlə təhdid edirdi. Hətta Fərəhə xəsarət yetirəcəyini deyirdi. Sonuncu hadisədən təxminən 10 gün əvvəl yenidən məni döydüyü üçün Fərəh də atası ilə danışmırdı”, – şikayətçi bildirib.

D.Bağıyevanın sözlərinə görə, atasının aqressiv hərəkətləri Fərəhi qorxu içində saxlayıb:

“İçkili olanda əlinə nə keçirdisə, bizə çırpırdı. Çox zaman ailə üzvlərim köməyə gəlirdi, polis çağırmaq istəyirdik. Amma hər dəfəsində bizi qorxudurdu, telefonu əlimizdən alırdı, ev telefonunun da xəttini kəsirdi. Təsəvvür edin, komendant saatının tətbiq edildiyi günlərdə Fərəh gözünü saatdan çəkmirdi, axşam saat 9-u keçəndən sonra dərin nəfəs alırdı, deyirdi ki, atam daha evə gələ bilməyəcək, gecə rahat yatacağıq”.

Ana hadisənin baş verdiyi günü xatırlayır:

“Noyabrın 19-da məni döydü, yerə yıxıb boğmağa başladı. Qızım onu məndən ayırmağa çalışırdı, uşağın qolundan tutub sürüyə-sürüyə otağa atdı. Fərəh zərbədən yıxıldı. Mən davadan sonra uşağın əzab çəkdiyini görüb, nə bahasına olursa olsun boşanmaq istəyirdim. Fərəh dava olan kimi evdəki bütün buçaqları gizlədirdi. Vahid isə mənə dedi ki, belə bir addım atsan, başına oyun açacam. 10 gün idi onunla danışmırdıq və boşanmaq üçün sənədləri hazırlayırdım. Çalışırdıq ki, gözünə görünməyək, o da bu müddətdə içmədi. Ayın 27-də qızımla yatmağa hazırlaşırdıq. Evə yenə də içkili gəldi, hamama keçdi, sonra duş kabinəsini qırdı. Əlləri qan içində idi, yardım etməyə çalışdm. O isə otağa keçib qarnıma təpik vurdu, başımdan tutub yerə çırpağa başladı. Fərəh yenə də yalvararaq onu sakitləşdirməyə çalışırdı. Əlləri ilə həm ağzımı, həm burnumu tuturdu, nəfəsim kəsiləndə buraxırdı, sonra yenə təkrar edirdi. Birtəhər əlindən çıxıb qaçmağa çalışdıq, arxadan gəlib saçımdan sürüyə-sürüyə evə saldı. Fərəhi əlimdən alıb sürüyərək yataq otağına atdı, uşağı hədələyərək dedi ki, otağdan çıxsan, meyitini sərəcəm. Bu, mənim uşağımla sonuncu görüşüm oldu. Yenidən üstümə atıldı və sürüyərək məni balkona aparmağa çalışdı. Dedi ki, məni balkondan yerə atacaq. Yarıyolda yerə yıxıldım, amma məni buraxmadı, yenidən döydü. Gücsüz qaldım, yalnız onu gördüm ki, Fərəhin olduğu otağa doğru getdi. Güclə ayağa durmağa çalışdım, bir qədər sonra qayıdaraq məni təkrar döydü”.

Şikayətçi deyir ki, həmin günü baş verənləri ifadəsində dəqiq göstərib:


24 saat” ““Atasının 8 yaşlı Fərəhi balkondan atmasına dair şübhələrim var”” başlıqlı yazını “”yə istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button