2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Atatürk aerportunda terror: hücumun təfərrüatları və polisin panikaya düşməsi

İstanbulun Atatürk aeroportunda terror hücumlarının hansı ssenari əsasında törədildiyi çoxsaylı şahid ifadələrinə və videomüşahidə kameralarının görüntülərinə əsasən müəyyən olunub. Virtualaz.org xəbər verir ki, aeroporta üzərində bomba daşıyan 3 intiharçı-terrorçu hücum edib. Onlardan biri sərnişinlərin yoxlanılaraq uçuş terminalına buraxıldığı X-Ray cihazına yaxınlaşaraq “İndi burada bomba partlayacaq” deyə qışqırıb. Bu zaman panikaya düşən insanlar terminalın çıxış qapısına doğru qaçmağa başlayıblar. Həmin vaxt girişdə olan iki terrorçu “Kalaşnikov” avtomalarını çıxararaq panika içərisində olan insan kütləsinə atəş açıb, daha sonra özlərini partladıb.

Bunun ardınca yaranmış panikadan istifadə edən üçüncü terrorçu X-Ray cihazından keçərək uçuş terminalına, insanların çox olduğu yerə doğru qaçmağa başlayıb. Bu zaman polislərdən biri onu tabel silahı ilə vurub, terrorçu yaralı halda daha bir neçə metr qaçıb və yerə yıxılıb. Terrorçuya atəş açıb yaralayan polis ona yaxınlaşıb, başı üzərində bir neçə saniyə dayanıb baxıb və yenidən atəş açıb intiharçını öldürmək əvəzinə qəfildən dönərək qaçıb.

Ardınca yaralı terrorçu özünü partladıb. Polisin terrorçunun üzərindəki bombanı görərək özünü itirdiyi və qaçdığı bildirilir. Əslində isə o, peşəkar davranıb yaralı terrorçunu öldürsəydi üçüncü partlayışın qarşısını almış olardı və nəticədə daha az insan itkisi yaşanardı.

Saytların yığılması Saytlarin yigilmasi

Terror hücumlarının ssenarisi İŞİD-in bir neçə ay əvvəl Brüssel aeroportunda törətdiyi hücumların ssenarisi ilə eynidir. Və belə görünür ki, Türkiyənin təhlükəsizlik və xüsusi xidmət orqanları Brüssel hücumlarından sonra aeroportlarda təhlükəsizliyin gücləndirilməsinə dair yetərli tədbirlər görə bilməyiblər.

*   *   *03:18

İstanbulun Atatürk aeroportunda törədilən partlayışlar nəticəsində ölənlərin sayı 36-a çatır, 147 nəfər isə yaralanıb.

Bu barədə “Assoşieyted Press” yerli yüksək vəzifəli türkiyəli məmura istinadən məlumat yayıb.

Bundan əvvəl İstanbul valisi hadisə nəticəsində 28 nəfərin həlak olduğunu, 60 nəfərin yaralandığını bildirmişdi.

*   *   *01:22

Türkiyənin rəsmi Anadolu Agentliyi İstanbulun Atatürk Hava Limanında baş vermiş terror hadisəsi zamanı 6-sı ağır olmaqla 60 yaralı olduğunu bildirib. Yaralılar patlayışdan sonra əraziyə cəlb edilmiş 49 təcili tibbi yardım maşını ilə xəstəxanalara daşınıb.

İstanbul valisi terror nəticəsində 28 nəfərin həlak olduğunu açıqlayıb.

*   *   *00:22

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında baş vermiş güclü partlayış nəticəsində 10 nəfər dünyasını dəyişib.

Hadisə zamanı 40-dan çox adamın yaralandığı bildirilir.

Partlayış hadisəsinin terror aktı olduğu üzə çıxıb.

“Reuters”in xəbərinə görə, hava limanında iki nəfər özünü partladıb.

Ədliyyə naziri Bəkir Bozdağ isə bildirib ki, terrorçulardan biri əvvəlcə ətrafdakılara atəş açıb, sonra özünü partladıb.

*   *   *23:43

Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında iki partlayış hadisəsi baş verib.

Bu barədə NTV telekanalı məlumat yayıb.

Telekanalın yaydığı məlumata görə, hadisə nəticəsində bir neçə nəfər yaralanıb.

Partlayışlar beynəlxalq uçuş terminalında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb. Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib.

Hava limanının bütün giriş və çıxışlar bağlanıb.

Hadisənin terror aktı olduğu bildirilir.

Baş nazir Binəli Yıldırım aeroportda baş vermiş partlayışla bağlı DİN rəhbəri Əfqan Ala və İstanbul valisi Vasip Şahinlə telefon əlaqəsi qurub. Binəli Yıldırım həmçinin hadisə ilə bağlı böhran qrupunun yaradılmasına dair göstəriş verib.

Virtualaz.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button