2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ATV-nin “Yoxlama” verilişindən daha bir qalmaqal – VİDEO

ATV-nin “Yoxlama” verilişinin növbəti buraxılışı “Papa Johns”da yoxlama aparıb
Aparıcı Azər İsmayılov və çəkiliş heyətinin restoranın mətbəxində çəkiliş aparması etirazla qarşılanıb. Lakin bütün bunlara baxmayaraq aparıcı zorla mətbəxə daxil olub. Bundan sonra ətlərin və tərəvəzlərin saxlandığı soyuducu kameraya daxil olmaq istəyən çəkiliş qrupu işçilərin müqaviməti ilə qarşılaşıb. Bundan sonra restoran əməkdaşları ilə az qala əlbəyaxa davaya çıxan aparıcı “Papa Johns”u tərk edib. Bir qədər sonra isə aparıcının sözlərinə görə, restoran rəhbərliyi hadisə yerinə silahlı basqın edildiyini söyləyərək polis çağırıb. Polislər bildirib ki, onlara silahlı basqın xəbəri verilib.
Hüquq mühafizə orqanı əməkdaşları polisə yalan informasiya verdiyinə görə, araşdırma aparılacağını və müvafiq tədbirlərin görüləcəyini bildiriblər. Verilişin qalmaqallı növbəti buraxılışından olan kadrları təqdim edirik.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button