2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Audiovizual Şura daha bir telekanala xəbərdarlıq edib

Yayımlandı: 30 İyun 2022 16:11

“Muz TV” “Media haqqında” Qanunu pozmaqda ittiham olundu

Audiovizual Şura “Muz TV Azərbaycan” telekanalına xəbərdarlıq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Şuranın iyunun 30-da keçirilən iclasında bildirilib ki, telekanalda yayımlanan “MTV Maqazin” proqramının 25 iyun buraxılışında “Media haqqında” Qanunun 14.1.4-cü maddəsinin (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) tələbinin pozulması faktı qeydə alınıb.

Verilişdə müğənni Kərim Abbasov boşanan qadın və kişilərdən danışıb.

Kişinin yenidən asanlıqla ailə həyatı qura biləcəyini qeyd edib:

“Kişi yenə də gedib ikinci dəfə evlənəcək. Ay qadın yazıq, bəs sən neyləyəcəksən? Bax, uşaqla da qalacaqsan evin bir küncündə. İkinci dəfə ərə gedəcəksən. O ya çata, ya bata. Uşaqla kimdir səni alan? Oturacaqsan evdə tək? Boşananlar var ha (qadınlar nəzərdə tutulur), 99 faizi hamısı peşmandır. Nəyə görə? Oturub evdə, ailə yox, bir uşaqla, ərə gedə bilmir, saxlayanı yoxdur. Nə xanım kimi xanım, nə nökər kimi nökərdir”.

Audiovizual Şura efirdən bu cür ifadələrin səsləndirilməsinə yayımçının imkan yaratmasını, Azərbaycanda gender bərabərliyi, insan hüquqlarının pozulması, eyni zamanda, cinsi ayrı-seçkiliyin təbliği hesab edib.

Şura “Muz TV Azərbaycan” peyk yayımı həyata keçirən platforma yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilməsi barədə qərar qəbul edib.

Xəbərdarlıqdan sonra “Muz TV Azərbaycan”ın “YouTube” kanalından verilişin həmin buraxılışı gizlədilib.

Audiovizual Şura iyunun 24-də teleaparıcı Elçin Əlibəyliyə görə “Space” kanalına xəbərdarlıq edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button