24saat.org Audit qanunvericiliyinə məhəl qoyulmur - 24 saat

AZ24SAAT.ORG

Now Reading:
Audit qanunvericiliyinə məhəl qoyulmur

Audit qanunvericiliyinə məhəl qoyulmur

31 Yanvar 2018-ci il tarixinə olan məlumata görə Azərbaycanda 97 auditor şirkəti lisenziyaya malik olub.

“Marja”nın Auditor Palatasının məlumatları üzrə apardığı araşdırmaya görə, 97 şirkətdən 13 -nün fəaliyyəti dayandırılıb.

Fəaliyəti dayandırılmış audit şirkətləri aşağıdakılardır:

“Analitik Audit” MMC, “Audit-Servis” MMC, “AZAUDİT” MMC, “Bakı Audit” MMC, “Balans – Audit”, “CROCUS AUDİT” MMC, “Financial Consulting and Audit” MMC, “HS AUDIT” MMC, “Kaspian Konsaltinq”, “M&J” MMC, “PSG TAX  CONSULTİNG” MMC, “RR-VAM Beynəlxalq Audit Konsaltinq” MMC, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi.

KREDİTİ ONLAYN SİFARİŞ ET

Qeyd edək ki, “KPMG Azərbaycan limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi üzrə idarəedici partnyor Əliyev Vüqar Fərman oğludur. Bundan başqa “KPMG Audit Azərbaycan” MMC də fəaliyyət göstərir. Bu şirkət üzrə idarəedici partnyor Murat Karakaşdır.

“Audit-Servis” və “M&J” şirkətlərinin fəaliyyətləri 2018-ci ilin yanvar ayında, digər şirkətlərin fəaliyyətləri isə əsasən 2017-ci ildə dayandırılıb. Şirkətlərin fəaliyyətləri Auditorlar Palatası Şurasının qərarına və şirkətlərin öz ərizələrinə əsasən dayandırılıb.

“Analitik Audit”, “Audit-Servis” və  “M&J” şirkətlərinin fəaliyyətləri tam, digər şirkətlərin isə müvəqqəti dayandırılmışdır.

60 sərbəst auditordan isə 3-nün fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır.

“QANUNVERİCİLİYƏ ƏMƏL EDİLMİR”

Fəaliyyəti dayandırılmış “Analitik Audit” MMC-nin direktoru Elburus Niftəliyev bildirib ki, Audit sahəsində qanunvericiliyin tələblərinə məhəl qoyulmur:

“Qanunvericiliyə əsasən bir sıra qrumlar məcburi auditdən keçməlidirlər. Bu tələb yerinə yetirilmir. Həmçinin şirkətlər auditin əhəmiyyətini başa düşmürlər. Bu gün bir çox audit şirkətləri çox aşağı qiymətlərə, möhür vurub audit rəyi təqdim etməklə məşğuldurlar. Biz belə bir fəaliyyət istəmirik. Qanunlara məhəl qoyulmadığından biz də fəaliyyətinmizi dayandırmaq qərarı verdik”.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.